Yuxarı

Türkiyədə bu kitablar hələ də qadağandır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ədəbiyyatından bir çox möhtəşəm əsər müxtəlif səbəblərə görə qadağan edilib. İstər siyasi rejimin diktəsi, istərsə də dini icmaların təzyiqi ilə bəzi şedevr əsərlər, elmi kitablar senzuraya məruz qalıb.

Axar.az Türkiyədə üstündə hələ də qadağa olan 15 kitabı və onların müəlliflərini təqdim edir:

1. "Dövlət və inqilab" – Vladimir Lenin

Ankara Dövlət Güvənlik Məhkəməsi – 2000

Sözügedən kitabın əsas mövzusu dövlət problemləri, fəhlə sinfi, sinfi qarşıdurmalar və onlarla mübarizədir. Kitabda xüsusilə imperialist burjuaziyaya qarşı aparılan mübarizədən söhbət açılır.

2. "Demokratiya traktatı" – Yaşar Qaplan

Ankara Dövlət Güvənlik Məhkəməsi – 1985

Adından da göründüyü kimi Yaşar Qaplanın traktatı demokratik quruluşdan, onun əsaslarından bəhs edir.

3. "Kürd ziyalısı haqda düşüncələr" – İsmail Beşikçi

Ankara Dövlət Güvənlik Məhkəməsi – 1991

"Kürd ziyalısı haqda düşüncələr" İsmail Beşikçinin 1991-ci ildə yayımlanan, kürd cəmiyyətini və kürd ziyalılarını tənqid etdiyi bir kitabdır.

4. "Kommunizmin manifesti"

Ankara Sülh Cəza Məhkəməsi – 1968

Karl Marks və Fridrix Engelsin kommunistlər birliyi proqramı olaraq qələmə aldıqları bu manifest ilk dəfə 1848-ci ildə Londonda işıq üzü görüb. Çap olunduğu vaxtdan bu günə qədər ən çox oxunan və müzakirə olunan siyasi mətnlərdən biridir.

5. "Qurtuluş savaşı dastanı" – Nazim Hikmət

Ankara Sülh Cəza Məhkəməsi – 1968

"Qurtuluş savaşı dastanı" kitabı Türkiyədə ilk dəfə 1965-ci ildə çap olunub.

6. Sultan Qaliyevin məqalələri

Nazirlər Kabineti – 1985

Qaliyev bolşevik dövründə millətçi sosial ideologiyasına görə Stalin tərəfindən ölümə məhkum edilib. Böyük türk inqilabçısının qələmə aldığı yazıların, məqalələrin çapı Türkiyədə hələ də qadağandır.

7. "Vur əmri" – Əbdürrəhim Qaraqoç

Ankara Sülh Cəza Məhkəməsi – 2002

8. "Yeni şeirlər" – Nazim Hikmət

Ankara Sülh Cəza Məhkəməsi – 1966

9. Nazim Hikmətin bütün əsərləri

10. İnsan Hüquqları Panoraması

Ankara Dövlət Güvənlik Məhkəməsi – 1996

11. "National Geographic Atlas of the World" ("Nəşnl Geoqrafik dünya xəritəsi")

Nazirlər Kabineti – 1987

12. "Bolşevik partiyası tarixi" – İosif Stalin

Ankara Sülh Cəza Məhkəməsi – 1971

13. "Dəstənin kimliyi" – Salman Yüksəl

Ankara Sülh Cəza Məhkəməsi – 2002

14. Dərsim türküləri

Ankara Dövlət Güvənlik Məhkəməsi – 1993

15. "Əziznamə" – Əziz Nesin

Nazirlər Kabineti – 1987

Tarix
2015.04.21 / 11:15
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla