Yuxarı

Qərb faktiki uduzub: Rusiya ilə İran gizli ittifaq qurur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hadisələrin hazırkı gedişatı göstərir ki, Qərb nüvə danışıqlarında faktiki olaraq uduzub və aldanıb".

Bu barədə Axar.az-a açıqlamasında anlaşılmazlığın növbəti pik nöqtəsini yaşayan İran-Qərb münasibətlərinin hazırkı durumunu şərh edərkən politoloq Qabil Hüseynli bildirib.

"Altılıq prosesində İran heç bir qeyd-şərtsiz tələb irəli sürmədən danışıqlar prosesinə getdi. Ancaq elə ki danışıqlar prosesi qurtardı, Tehrana gəldikdən sonra Ruhani çıxış edərək bildirdi ki, Qərb öncə sanksiyaları aradan götürməlidir. Bunun ardınca biz Qərbin irəli sürdüyü tələblərin - uranın saflaşdırılmasının dayandırılması və ehtiyatların üçdə birinin özündə qalması şərtilə yerdə qalan üçdə ikisinin saxlanılması üçün üçüncü bir ölkəyə verilməsi sözlərinin tutulmadığının şahidi olduq. Yəni danışıqlar prosesində əldə olunan razılaşmalardan geri addımı atan birinci İran oldu. ABŞ da buna cavab olaraq bildirdi ki, razılaşma müzakirəyə çıxarılmayacaq. Əgər bu baş tutarsa, o zaman buna veto qoyulacaq. Yəni belə görünür ki, iki ildən artıq davam edən danışıqlar əslində hədər yerə gedib.

İran teokratik, ortodoksal ruhani Ayətullah dairələrinin təzyiqi altında əldə edilmiş razılaşmadan imtina etdiyini birbaşa bildirməsə də, buna bənzər bəyanatlar verməyə başladı. Görünür, Rusiya İranla çoxdan gizli danışıqlar aparırmış. Nəticə, yəni sövdələşmə ortadadır. İrana S-300 raketlərinin satılması qadağasının ləğvi bunun bariz sübutudur. Rusiya ilə İran arasında ciddi əlaqələr formalaşmaqdadır. Bu, onu göstərir ki, danışıqlar prosesində Qərb artıq uduzub və faktiki aldanıb. Buna görə də Qərb bu prosesdə hazırda vəziyyətdən çıxış yollarını axtarır. İran bütövlüklə nüvə silahı yaratmaq haqqındakı ideyalarından imtina etmək barədə bəyanat verməli idi. Bunların heç birini etmədi. Prosesləri pozan hələ ki, İrandır. Onu da qeyd edim ki, Qərb sanksiyaları İranın nüvə silahı yaratmaq potensialını bütünlüklə aradan qaldıracağına əmin olacağı zaman dayandıracaq".

Tarix
2015.04.21 / 10:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla