Yuxarı

“Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi".

 

Axar.az xəbər verir ki, bu haqda Azərbaycanın İsraildə səfirliyinin açılmasının vacibliyinə toxunarkən politoloq Elxan Şahinoğlu açıqlama verib. O, iki ölkə arasındakı münasibətlərin yaxınlığına diqqət çəkib:

 

"İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci ildə Cənubi Koreya səfərindən geri qayıdarkən onun təyyarəsi Bakıya endi. Bu, İsrailin hər hansı dövlət xadiminin Azərbaycana ilk səfəri idi. Səfər cəmi bir neçə saat çəkdi. Ancaq bu bir neçə saat kifayət etdi ki, mərhum dövlət başçısı Heydər Əliyev Benyamin Netanyahu ilə iki ölkə arasındakı münasibətlərin perspektivini geniş müzakirə etsin. Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi. Heydər Əliyev bu məsələnin yoluna qoyulması üçün müəyyən zamana ehtiyacı olduğunu bildirdi. Bu səfərdən sonra İsrailin prezidenti və Xarici İşlər naziri dəfələrlə Azərbaycana səfər ediblər. Hazırda rəsmilər arasında sıx dialoq mövcuddur. İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Torpaqları işğal altında olan Azərbaycan Qərbdən ala bilmədiyi müasir silahların bir qismini İsraildən alır. Bunun əvəzində Azərbaycan Türkiyənin Ceyhan limanı üzərindən İsrailə neft satır. Azərbaycan nefti İsrailin tələbatının təxminən 40 faizini ödəyir.

 

İsraildə güclü azərbaycanlı lobbi var. Onlar vaxtilə Azərbaycandan İsrailə köçən yəhudilərdir. Yerli hakimiyyət bu lobbi ilə hesablaşır. Azərbaycan lobbisinin keçirdiyi tədbirlərə İsrail rəsmiləri qatılırlar. ABŞ-dakı güclü yəhudi lobbisi də Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyir. Bu dəstək İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına görədir".

 

Politoloq səfirlik məsələsinin  qarşısında duran iki mühüm səbəbə aydınlıq gətirib:

 

"İsrail-Azərbaycan münasibətlərinin hazırkı durumundan hər iki tərəf razıdır. Bu münasibətlərin tamlığına sadəcə, Azərbaycanın İsraildə səfirliyinin yoxluğu mane olur. Rəsmi Bakı iki amilə görə İsraildə səfirlik açmağa ehtiyat edir. Birinci amil İran, ikinci amil isə ərəb dünyasıdır. Hazırda bu iki amilin İsraillə əməkdaşlığa görə rəsmi Bakıya təzyiq etmək imkanı və ya istəyi yoxdur. İran nüvə məsələsinin həllində ABŞ-la anlaşmaya yaxındır. Böyük ehtimalla iyunun 30-da tərəflər arasında sənəd imzalanacaq. Bu isə İranın Qərblə əməkdaşlığına yaşıl işıq yandıracaq. İranın daxilində də ABŞ və Avropa Birliyi ilə əməkdaşlığın başlanmasına hazırlıq gedir. Belə olan halda Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına etirazı məntiqdən kənar səslənər. Çünki əgər İran özü Qərblə əməkdaşlığa başlayacaqsa və yaxın gələcəkdə hətta ABŞ-ın Tehranda səfirliyinin yenidən fəaliyyəti müzakirəyə çıxarılacaqsa, Tehran oxşar addımı Azərbaycana atmağa mane ola bilməz. Rusiya və Ermənistan İranın bölgədə iki strateji tərəfdaşıdır və Moskva və İrəvanın İsraildə səfirlikləri var. Belə olan halda Tehran Bakıya niyə İsraildə səfirlik açmağa mane olmalıdır?"

 

E.Şahinoğlunun sözlərinə görə, İran və ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq:

 

"Ərəb dünyası ilə Azərbaycan arasında sıx əlaqələr var. Azərbaycan Prezidenti İlham Əliyev bu ay ərəb dünyasının liderliyinə iddialı olan Səudiyyə Ərəbistanına rəsmi səfər etdi. Səudiyyə Ərəbistanı Yəməndəki savaşa müdaxilə edib. Çünki Ər-Riyad İranın bölgədəki rolunun artmasından narahatdır. Səudiyyə Ərəbistanı Yəmən üzərindən İranın bölgədəki maraqlarını sıxışdırmağa çalışır. Bu mübarizədə Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyinə ehtiyacı var. Ər-Riyadın bu istiqamətdəki fəallığı İsrailin də maraqlarına xidmət edir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanının Misirin yeni hakimiyyətinə dəstəyi, Suriya, İraq və Yəmənlə bağlı mövqeyi İsrailin mövqeyi ilə çox da kəsişmir. Demək, Azərbaycanın İsraildə səfirlik açması faktına bölgənin əsas ərəb oyunçusu Səudiyyə Ərəbistanı da mənfi yanaşmayacaq.

 

Beləliklə, həm İran, həm də ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq. İyunun 30-da 5+1 formatında İranla saziş imzalanarsa, rəsmi Bakı 2015-ci il ərzində İsraildə səfirlik açmaq üçün münbit geosiyasi şərait əldə edəcək".

 

Politoloq bildirib ki, bu səfirliyin açılması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını göstərəcək:

 

"İsrail hökuməti səfirliyin açılması məsələsində rəsmi Bakını tələsdirmir. Buna baxmayaraq, səfirliyinin açılmasının ləngidilməsi belə bir təsəvvür formalaşdırır ki, Azərbaycan əvvəlki kimi kənar təzyiqlərdən ehtiyat edir. Halbuki, Azərbaycan hakimiyyəti heç bir dövlətin təsiri altında olmadığını, xarici siyasətdə milli və təhlükəsizlik maraqlarından çıxış etdiyini vurğulayır. Bu baxımdam rəsmi Bakının İsraildə səfirlik açması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını göstərəcək".

Tarix
2015.04.21 / 10:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla