Yuxarı

Rus polkovnik: Ermənilər Osmanlını necə satıb? – Sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər Rusiya imperatoruna yazıb, ondan yardım xahiş etdilər".

 

Axar.az xəbər verir ki, bu sözlər Birinci Dünya Savaşında rus ordusunun tərkibində Türkiyə torpaqlarına gələn polkovnik Fyodr Yelesiyevin xatirələrində yer alıb.

 

O zaman Vanda Osmanlı imperiyasına qarşı üsyana rəhbərlik edən daşnak Aram paşa ilə görüşündən yazan rus polkovnik onun Osmanlıya açıq-aşkar xəyanət etdiyini göstərir. Məhz Yelesiyevin Türkiyəyə səfəri ilə bağlı xatirələri uzun müddət ermənilərin "soyqırım"la bağlı irəli sürdükləri arqumentlər sırasında olub. Bununla bərabər, ermənilər bu xatirələri rus-erməni dostluğunun xoş nümunəsi kimi də hər zaman önə çəkiblər.

 

Axar.az Yelesiyevin xatirəsindən kiçik bir parçanı təqdim edir:

 

"Aram paşa ayağa qalxdı. O, Rus imperiyasının qalib ordusunun şərəfinə sağlıq dedi. Rus ordusu və bizim şərəfimizə ünvanlanan bir neçə xoş ifadədən sonra Aram paşa general Nikolayevdən onun indi oxuyacağı məktubu rus imperatoruna göndərməyə icazə verməsini istədi. Biz istəmədən narahat olmağa başladıq. Uzaq Türkiyədən və ermənidən şəxsən rus çarının özünə teleqram... Bu həmin zaman nə isə xüsusi və qeyri-adi bir şey idi.

 

Onun tam mətni budur:

 

"Əlahəzrət, sizin doğum gününüz ordularınızın Ermənistanın paytaxtına gəlişi ilə eyni vaxta düşdü. Rusiyaya əzəmət və qələbələr arzulayaraq, biz Ermənistanın nümayəndələri sizdən bizi öz mühafizəniz altına almağınızı xahiş edirik. Qoy Böyük Rusiya İmperiyasının dəbdəbəli və fərqli gül dəstəsində kiçik ətirli bənövşə kimi muxtar Ermənistan yaşasın"".

 

Qeyd edək ki, Aram Manukyan 1879-1919-cu illərdə yaşayıb. 1912-ci ildə Van şəhərində məskunlaşan Manukyan burada Daşnaksütyun Partiyasının lideri olub. Partiya lideri olmasından üç il sonra o, erməniləri Osmanlı imperiyası əleyhinə qaldırıb və rusları buraya gəlməyə səsləyib. Məğlubiyyətindən sonra Tiflisə qaçan Aram paşa sonralar Ermənistanın Daxili İşlər naziri və Müdafiə naziri vəzifələrini tutub. 1919-cu ildə ölən Manukyanı ermənilər hələ də xalq qəhrəmanı kimi qəbul edirlər.

 

Tarix
2015.04.21 / 09:10
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla