Yuxarı

Tranxəzər reallaşır: Aşqabad BMT-ni Xəzərə çağırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkmənistan öz qazının Avropaya ötürülməsi üçün BMT-yə Xəzərdə enerji təhlükəsizliyinin qarantı olmasını təklif edib".

Axar.az xəbər verir ki, bu informasiyanı Rusiyanın "Nezavisimaya qazeta" qəzeti yayıb.

Qəzetin xəbərinə görə, bölgədə gedən proseslər artıq Aşqabadın xeyrinə dönməyə başlayıb:

"Transxəzər qaz kəmərinin tikintisinə Moskva və Tehran mane olur. Onlar Xəzərin statusu həll olunmayana qədər istənilən qaz kəmərinin buradan keçməsinə qarşı çıxış edirlər. Transəfqanıstan qaz kəmərinə gəlincə, hələlik bölgədə qeyri-stabil vəziyyət onun həyata keçməsini çətinləşdirir. Amma situasiya getdikcə Aşqabadın xeyrinə dəyişir".

Qəzetə məsələni şərh edən politoloq Aleksandr Knyazev isə Türkmənistanın Xəzərə ABŞ qoşunlarını gətirmək istədiyini bildirib:

"Görünür, Aşqabad BMT bayrağı altında ABŞ ordusunu Türkmənistana çağırmaq istəyir. Aydındır ki, Türkmənistan rəhbərliyi 2001-ci ildəki təcrübəni unutmayıb. O zaman regional siyasətdə əsas xarici oyunçular olan Rusiya və Çin ABŞ hərbi bazalarının Qırğızıstan və Özbəkistanda yerləşməsi ilə barışmışdılar".

Tarix
2015.04.21 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla