Yuxarı

Dünya şöhrətli gitara ustası Bakıda – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün start verilən Qara Qarayev VI Beynəlxalq Müasir Musiqi Festivalının zəngin tədbirlər proqramı var.

 

Axar.az xəbər verir ki, festival çərçivəsində ilk olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçib. Bakının musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirak etdiyi tədbir maraqlı anlarla yadda qalıb.

 

İsveçrə Milli Konservatoriyasında dərs deyən, dünyanın müxtəlif ölkələrində mühazirə və ustad dərsləri keçən professor bildirdi ki, Azərbaycan paytaxtında ilk dəfə 20 il əvvəl olub. Qonaq ötən müddətdə şəhərimizin inanılmaz dərəcədə dəyişdiyini və burada gördüklərindən olduqca təsirləndiyini dedi:

 

"20 il əvvəl Moskvada böyük konsert verdikdən sonra yorğunluq içində Bakıya gəldiyimiz zaman buradakı qonaqpərvərlik, xoş qarşılama bizi heyran etmişdi. Bu gün isə Tokiodan şəhərinizə gəlmişəm. İnanmazdım ki, belə bir dəyişikliklə rastlaşacağam. Bakı əvvəllər də gözəl idi, amma indi büsbütün dəyişib. Dəyişməyən isə insanların səmimiyyəti və qonaqpərvərliyidir".

 

Qara Qarayev festivalında ilk dəfə iştirak etdiyini deyən Kristof Jaggin Azərbaycan musiqisi ilə bağlı fikirlərini də bölüşdü:

 

"Düzü, o vaxtlar Azərbaycan musiqisi haqqında elə bir məlumatım yox idi. Bəstəkar Fərəc Qarayevlə dostluğum, sizin bəstəkarlardan ilk olaraq Avropada Firəngiz Əlizadənin əsərini dinləməyim Azərbaycan müasir musiqisinə marağımı artırdı. Fərəc Qarayevin musiqisində Avropa məktəbinin təsiri hiss olunur. Bütün musiqilər təbii ki, bir-birindən seçilir. Sizin müəlliflərin yaradıcılığında Şərq ornamentləri, ənənələri istər-istəməz diqqət çəkir. Hazırda azərbaycanlı bəstəkarlarla işbirliyim var və bundan məmnunam".

 

Qonaq bildirdi ki, fəaliyyətinin əsas hissəsini konsertlər təşkil edir:

 

"Dünyanın müxtəlif ölkələrində konsertlərim olur. Bundan əlavə, dəvət aldığım festivallarda ustad dərsləri və mühazirələrlə çıxış edirəm. Hazırda İsveç musiqisi istiqamətində tədqiqat işi üzərində çalışıram".

 

Qeyd edək ki, tanınmış gitaraçı aprelin 21-də Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında İsveçrə ansamblının ("Ensembleécoute") heyətində konsert proqramı ilə çıxış edəcək.

Tarix
2015.04.21 / 01:35
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla