Yuxarı

Gənc müğənniyə maşın hədiyyə edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Aytac Vidadiqızına doğum günündə retro avtomobil hədiyyə olunub. Bu haqda videonu müğənni özü sosial şəbəkədə paylaşıb.

Müğənni Aytac Vidadiqızı şou əhlindən fərqli olaraq özünə təmtəraqlı deyil, yalnız ailə üzvlərinin çərçivəsində ad günü keçirib. Publika.az-a açıqlama verən ifaçı ad günü mərasiminə heç bir şou nümayəndəsini çağırmamasına belə şərh verib:

"Təmtəraqlı ad günü keçirsəydim, gərək toy edərdim. Dəvət edəcəyim qonaqların siyahısını hesabladım, təqribən 200 nəfərdən çox oldu. Bu qədər qonaqla toy edib, ərə getmək olar. Hələ ki, qismətimi tapmamışam. Bu səbəbdən ad günümü ailə üzvlərimlə keçirdim".

25 yaşı tamam olan müğənni ona hədiyyə olunan retro avtomobildən də danışıb:

"Əslində bu, zarafatdır. Yolda avtomobili gördüm və xoşuma gəldi. Zarafatyana paylaşılan bir videodur".

Vidadiqızı ilk hədiyyəni özü özünə etdiyini də bildirdi.

"Bu həftə Gürcüstanda çəkilən "Bezdim, gəlmə" adlı klipimi təqdim etdim. Bu klipi əslində ad günümdə təqdim etmək fikrində idim. Elə alındı ki, bir neçə gün tez təqdimat keçirməli oldum. Bu klipi özüm-özümə hədiyyə etmişəm".

Tarix
2015.04.19 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla