Yuxarı

"Ermənilər buna nail olublar..." - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Və nəhayət, uzun müddət nurçularla mübarizə aparan dövlət başçısının qarşısına belə bir qaranlıq çıxmalı idi… Hər qaranlıqda nur axtaran tapılır. Ona görə də bəzən işıq gələn yerə getmək istəyi yalnız cırtdanlara məxsus olmur. Maraqlı burasıdır ki, həm terror aktı, həm də işıqların sönməsi tək olduqca müəmmalı məsələ məhz martın 31-də baş verdi. Azərbaycanlıların soyqırımının qeyd olunduğu bir vaxtda. Türkiyə də həmin qurbanların ruhu ilə dolu idi.

Ermənilər öz taktika və strategiyalarını heç vaxt dəyişmir. Həmişə onlar özgə ölkələrin və millətlərin hesabına öz ərazilərini genişlərdirməyə çalışıblar və buna da nail olublar. Özü də çox vaxt onların torpaq yağmaladığı ölkə biz olmuşuq. Bir az tarixə ekskursiya eləyək.

Ötən əsrin əvvəllərində Batumda keçirilən iclasda Azərbaycan ermənilərə böyük bir ərazi verir. Əvəzində ermənilər öz əlləri ilə yazıb imza atırlar ki, biz Qarabağın Dağlıq hissəsinə heç vaxt iddia etməyəcəyik... Ancaq verdikləri sözə tez bir zamanda xilaf çıxırlar.

Oxşar hadisə 90-cı illərdə də baş verib. Bu artıq bizim iştirak etdiyimiz tarixin bir parçasıdır. Elə bunun Levon Ter-Petrosyanı danışıqlar aparırdı, ermənilər bu zaman Şuşanı aparırdı. Ter-Petrosyan deyirdi ki, bu bizlik deyil, Dağlıq Qarabağda bizə tabe olmayan qüvvələr var, saqqallılar var, onlarla danışın.

Petrosyanın bir, Köçəryanın ayrı bəyanatının verildiyi vaxta aid əlimizdə maraqlı bir video yazı da var ki, ona baxmağınızı istərdim. Çox qısadı. Burda Levon da gülür, Robert də. Levon müsahibə alırmış kimi mikrofonu Köçəryana uzadır və ondan soruşur: Haralısan? Robert də gülə-gülə cavab verir ki, albanam.

Gördünüz!? Deyir, gülür, danışırlar. Birlikdədirlər. Birdirlər. Bütün planları eyni ssenari ilə qururlar. Yəqin ki, öz aralarında razılaşdırıblar ki, biri xeyirxah, o biri acıqlı müstəntiq rolunda çıxış eləsin. Kor deyilk, küt deyilik… çörəyi də qulağımıza yemirik, görürük. Çox şeyi bilirik. Onu da bilirik ki, bu millət heç vaxt sakit oturmayacaq. Onlar yalnız o vaxt sakit oturacaqlar ki, Ermənistanı tərk edib Fransaya, Rusiyaya, Amerikaya və daha haralarasa köçəcəklər. Bax, onda da onların ərazi iddiaları olacaq Fransaya, Amerikaya, Rusiyaya və daha haralarsa… Qoy olsun. Amma qoy məşhur burunlarını bizim qoltuğumuzdan, torpaqlarımızdan çəksinlər...

Tarix
2015.04.06 / 01:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla