Yuxarı

Nazim İbrahimovun qayınının işi məhkəməyə göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qayınının məhkəməsi başlayır.

Axar.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, "Sahil D Company" MMC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı artıq yekunlaşıb.

Komitə rəhbərinin dələduzluğa görə həbs olunmuş qayını Məzahir Cəfərov "Sahil D Company" MMC direktoru işləyib. Şirkətin təsisçisi isə Taleh Abdullayevdir. T.Abdullayev komitə sədrnin qardaşı Sahil İbrahimov və qayını M.Cəfərovla şərik olub.

Prokurorluğun məlumatında deyilir: "İstintaq zamanı Taleh Abdullayevin rəhbəri olduğu "Sahil D Company" MMC-ni 2007-ci ildə alğı-satqı müqaviləsi ilə başqa şəxslərə satmasına, bununla da müəssisəsinin iştirakçısı statusu ilə bağlı malik olduğu bütün hüquqları, vəzifələri və öhdəlikləri itirmiş hesab edilməsinə, həmçinin müəssisədə ona məxsus səlahiyyətlərin, eləcə də əmlak üzərində sərəncam vermək və bütün mülkiyyət hüquqlarının alıcılara keçməsinə baxmayaraq, özünü qanunsuz olaraq həmin cəmiyyətin səlahiyyətli şəxsi - direktoru kimi təqdim edərək, hüquq verən rəsmi sənədləri saxtalaşdırıb aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, yeni təsisçilər tərəfindən paytaxtın Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub. İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib".

Tarix
2015.04.05 / 17:02
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla