Yuxarı

Bakıda torpaq sahələri bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin fevral ayında Bakının torpaq bazarında qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 5,15 faiz artıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, 2015-ci ilin yanvar ayında torpaq sahələrinin qiymətində artım cəmi 0,6 faiz olub: "Bakıda mənzil bazarında qiymətlər çox yüksəkdir, buna görə də bir çoxlarının paytaxtda mənzil almağa imkanı çatmır. Son iki il ərzində əksər potensial alıcılar birinci və ikinci mənzil bazarından torpaq bazarına keçiblər".

Şirkət rəhbərinin fikrincə, kiçik torpaq sahəsi alaraq 60-70 min manata bir və ya ikimərtəbəli ev tikmək mənzil üçün böyük məbləğ ödəməkdən daha sərfəlidir: "Mənzil alarkən birbaşa pul ödəmək lazım gəlir. Amma 10 min manata kiçik torpaq sahəsi almaq və iki-üç il ərzində orada ev tikmək mümkündür. Bir çoxuna bu variant daha münasibdir".

N.İbrahimov bildirib ki, mənzillərin kirayəsi bazarındakı vəziyyət tamam başqa cürdür – yanvar ayında mənzil kirayəsi üzrə orta qiymət 4,5 faiz aşağı düşüb: "Yanvar ayında kirayə qiyməti 1,5 faiz qalxsa da, fevral ayında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 4,5 faiz ucuzlaşma müşahidə olundu. Məsələ ondadır ki, ilin ilk üç ayı kirayə bazarında mövsümi aylar deyil. Bu bazarda canlanma yay mövsümünün sonunda, sentyabr-oktyabr aylarında olacaq".

Tarix
2015.04.05 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla