Yuxarı

Almaniyalı yazıçımız iddialı hərəkat yaratdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz yalnız populyar "altmışıncılar", qohumluq münasibətləri və başqa cür əlaqələr hesabına ədəbiyyata gələnlər, yəni müasir Azərbaycan ədəbiyyatını təcrid vəziyyətinə salan şəxslər və onların rəhbərlik etdiyi qurumlar ilə kooperasiyaya getməyəcəyik".

Bu sözləri Almaniyada yaşayan yazıçı Vüqar Dəmirbəyli deyib. O, yaradıcısı olduğu "Ədəb" ədəbi hərəkatı ilə bağlı Axar.az-a danışıb:

– Vüqar bəy, "Ədəb" hərəkatı necə yarandı, məqsədi, məramı nədir?

– Dünya tarixinin ən böyük ədəbiyyatlarından birini yaratmış olan Azərbaycanın müasir ədəbiyyatı təcrid vəziyyətindədir. "Ədəb" ədəbi hərəkatı bu baxımdan günün tələbi ilə meydana gəlib və bu, hər şeydən əvvəl müasir Azərbaycan ədəbiyyatının həm Azərbaycanın özündə, həm də dünyada tanınmasına yönəlib. "Ədəb" həm də azərbaycanlı müəlliflərin həmrəyliyi deməkdir. Yəni söhbət birinci növbədə Şimali Azərbaycanda yaşayan müəlliflər ilə Cənubi Azərbaycanda, MDB, Avropa ölkələri və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlı müəlliflər arasındakı həmrəylik və əməkdaşlıqdan gedir. Bu hərəkat hər şeydən əvvəl praktik fəaliyyəti, əməli işi nəzərdə tutur.

– Hərəkatın Azərbaycanda fəaliyyəti hansı səpkidə olacaq?

Avropa ölkələrində uzun müddətdən bəri uğurla tətbiq edilən ədəbi oxular, müəllif yarışları, müəllif kitab sərgiləri, ədəbiyyat festivalları ölkəmizin ədəbi ənənələrinin hesabına daha da zənginləşdirilərək Azərbaycanda tətbiq olunmalıdır. Bu, müasir Azərbaycan ədəbiyyatının, o cümlədən, xaricdə yaşayan azərbaycanlı müəlliflərin əhali arasında populyarlaşdırılması işinə xidmət edəcək.

– Bəs xarici ölkələr, xüsusən də, Avropa ölkələrində olan fəaliyyətiniz nədən ibarət olacaq?

– Avropa ölkələrində xüsusi qurumlar var ki, onlar başqa ölkələrin ədəbiyyatının (ancaq müasir ədəbiyyatın) Avropa dillərinə tərcümə edilməsi üçün maliyyə ayırırlar. Biz onlarla əməkdaşlıq etməyə çalışacağıq. Avropa ölkələrinin bir çox ədəbiyyat qurumları var ki, onlar başqa ölkələrdəki ədəbi qurumlarla əməkdaşlıq etməkdə maraqlıdırlar. Biz onlarla da əlaqə quracağıq. O cümlədən, Avropa ölkələrində dərc edilən ədəbiyyat jurnallarına müasir Azərbaycan müəlliflərinin əsərlərini təklif edəcəyik. Avropa ölkələrində keçirilən kitab sərgilərində iştirak da fəaliyyətimizin mühüm hissəsini təşkil edəcək.

– MDB ölkələri, yəqin ki, siyahıda yer tutur, elədir?

– Əlbəttə. MDB ölkələrində – Rusiya ilə yanaşı, həm də Ukraynada, Qazaxıstanda və s. hər il ədəbiyyat festivalları keçirilir. Azərbaycanlı müəlliflərin bu festivallarda iştirak etməsi həm asan, həm də labüddür. Biz bu iştirakın təşkil olunması ilə məşğul olacağıq. Müasir azərbaycanlı müəlliflərin əsərlərinin antologiyasını (ancaq şeir və nəsr toplusu) Azərbaycanda çap edəndən sonra onu Avropa dillərində, rus və başqa dillərdə də çap edib yayacağıq. Rusiyada və digər MDB ölkələrində çap olunan ədəbiyyat jurnalları ilə də əməkdaşlıq etməyi planlaşdırırıq.

– Hərəkata istənilən adam qoşula bilər?

– "Ədəb" hərəkatı siyasətin fövqündə dayanaraq neytral bir mövqe tutur. Bununla belə, bizim fəaliyyətimiz həm də Azərbaycanın işğal olunmuş torpaqları haqqında həqiqətlərin dünyaya çatdırılmasına köməklik edəcək. "Ədəb" hərəkatı hamı üçün açıqdır. Biz yalnız populyar "altmışıncılar", qohumluq münasibətləri və başqa cür əlaqələr hesabına ədəbiyyata gələnlər, yəni müasir Azərbaycan ədəbiyyatını təcrid vəziyyətinə salan şəxslər və onların rəhbərlik etdiyi qurumlar ilə kooperasiyaya getməyəcəyik. "Ədəb" hərəkatının bu yaxınlarda partiyası hazırlanıb qəbul ediləcək və hərəkatın saytı da tezliklə işə düşəcək".

Tarix
2015.04.04 / 21:50
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan razılaşması: yalnız 2 ölkə susur - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla