Yuxarı

ABŞ İrana 14 tonluq bomba atacaqmış - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla "Altılar" qrupu arasında nüvə anlaşması ərəfəsində Pentaqon bunkerdağıdan bombalardan birini təkmilləşdirməklə məşğul olub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Amerika KİV-ləri yazır. ABŞ hakimiyyətinin planlarına görə, əgər Lozannada İranla nüvə danışıqları iflasa uğrasaydı, Pentaqon bu ölkənin nüvə obyektlərinə hava zərbələri endirilməsinə qərar verəcəkdi və bu məqsədlə böyük dağıdıcı gücə malik bunker bombasından istifadə olunacaqdı.

Həmin bomba İranın ən möhkəmləndirilmiş yeraltı nüvə obyektlərini belə dağıtmaq gücündədir.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, diplomatlar İranla danışıqlar apardığı bir vaxtda Pentaqon həmin bombanı təkmilləşdirməklə məşğul idi. Bomba üzərində iş İranla "altılar" arasında danışıqların son raundu ərəfəsində başlamışdı.

"Pentaqon nümayiş etdirirdi ki, əgər zərurət yaransa, İrana qarşı qətiyyətli addımlar atmağa hazırdır. Biz heç vaxt situasiyanı nəzarətdən buraxmaq niyyətində olmamışıq" - deyə mənbə qəzetə bildirib.

Məlumata görə, söhbət GBU-57 bombasından gedir. Onun çəkisi 14 tona yaxındır. Pentaqon GBU-57 bombasının istehsalına 300 milyon dollar xərcləyib.

GBU-57 bundan əvvəlki bunker bombaları GBU-28 və GBU-43-dən xeyli ağırdır və dağıdıcıdır. Amerika hərbçiləri onu "bütün bombaların əcdadı" adlandırırlar. Onun təkcə döyüş başlığının ağırlığı 2,5 tondur.

GBU-57 adi bunkerdağıdan bombalarla nüvə bombası arasında "körpü" təşkil edir.

Amerika nəşrləri xəbər verir ki, Lozannada İranın nüvə proqramlarına dair baza prinsipləri üzərində anlaşmanın əldə edilməsinə baxmayaraq Vaşinqton İranın nüvə obyektlərinin tam məhv edilməsini və bu ölkəyə hərbi müdaxiləni istisna etmir, bu variantı hələ masa üzərində saxlayır. Hər şey baza prinsipləri əsasında yekun razılaşmanın əldə olunmasından asılı olacaq.

Tarix
2015.04.04 / 13:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla