Yuxarı

Nüfuzlu ölkələrin maliyyə nazirləri Bakıya toplaşır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısı keçiriləcək.

Axar.az-a bankın Azərbaycan ofisindən verilən xəbərə görə, paytaxt Bakıda baş tutacaq toplantı 2-5 may tarixlərinə planlaşdırılıb.

Asiya və Sakit Okean ölkələrində iqtisadi, maliyyə və sosial siyasətlər və proqramların formalaşdırılmasında mühüm rol oynayan, rəsmi və qeyri-rəsmi məsləhətləşmələrin aparıldığı, dünyanın maliyyə və biznes dairələrinin diqqət mərkəzində olan bu nüfuzlu toplantıya 3000-dən çox iştirakçının qatılacağı gözlənilir.

Toplantıda həmçinin üzv ölkələrdən maliyyə nazirləri və digər hökumət rəsmiləri, mərkəzi bank rəhbərləri, özəl sektor nümayəndələri, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alimlər, ekspertlər, gənclər və media mənsubları da iştirak edəcək.

Qeyd edək ki, AİB-nın Rəhbərlər Şurasının 48-ci illik toplantısını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələri də dəvət olunub. Belə ki, toplantıda iştirak etmək istəyən jurnalistrlərin 18 aprel tarixindən öncə müraciət etmələri tövsiyə olunur. Media nümayəndələri aşağıdakı linkə müraciət etməklə akkreditasiyadan keçə bilərlər.

Tarix
2015.03.30 / 13:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla