Yuxarı

XİN-dən Dövlət Departamentinin bəyanatına reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycan prezidenti İlham Əliyevin əfvlə bağlı verdiyi son sərəncamı barədə verdiyi bəyanata münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir.

XİN rəsmisinin sözlərinə görə, bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir: "Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nın qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı".

Tarix
2015.03.20 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla