Yuxarı

“Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim əsas problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi əfsuslar olsun ki, həll olunmur. Keçən il vasitəçilər tərəfindən səylər göstərilmişdir. Bilirsiniz ki, avqust, sentyabr, oktyabr aylarında Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları, yüksək vəzifəli şəxslər səylər göstərmişdilər, üç görüş keçirilmişdir. Sonuncu görüş Parisdə hər iki tərəfin fikrinə görə uğurlu keçmişdir. Ancaq o görüşdən bir həftə keçməmiş Ermənistan növbəti təxribata əl atdı. Ağdamda, işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başladı ki, bizi yenə də təxribata çəksin. Biz təxribata getmək istəmirdik. Çünki öz beynəlxalq öhdəliklərimizə sadiqik.". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

Prezident daha sonra deyib: "Oktyabrın sonunda Parisdə keçirilən görüşdə demişik ki, biz gərək təmas xəttindəki gərginliyi azaldaq, sülh danışıqlarının mahiyyətinə daha da çox fikir verək. Ona görə çox təmkinlə özümüzü aparmışıq. Amma düşmən bizim bu davranışımızı başqa cür yozub və mövqelərimizə hücum çəkib. Belə olan halda təbii ki, Azərbaycan əsgəri rəşadət göstərərək düşmənin vertolyotunu məhv edib. Ondan sonra bizdən qisas almağa çalışmağa başlamışlar. Hətta Ermənistanın ən yüksək rütbəli, vəzifəli şəxsləri demişlər ki, biz qisas alacağıq. O faşist ideologiyasının nəticəsində onlarla erməni əsgəri təmas xəttində həlak olmuşdu. Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır".

Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan ordusu təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir: "Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq.

Ona görə biz daha da güclü olmalıyıq. Daha da güclü orduya sahib olmalıyıq. Ordu quruculuğu bizim üçün indi əsas vəzifədir. Ona görə bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılır. Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır. Bunu biz yaratmışıq. Çünki başqa cür mümkün deyil".

İlham Əliyev vurğulayıb ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur: "Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni, beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır. Bu nəyi göstərir? Onu göstərir ki, güclü olmaq lazımdır. Biz də bunu çoxdan başlamışıq: güclü ordu, güclü iqtisadiyyat, vətəndaş həmrəyliyi və əlbəttə ki, düşünülmüş siyasət və sosial ədalət".

Tarix
2015.03.20 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla