Yuxarı

Azərbaycanlı İŞİD-çinin arvadına şok məktubu – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD sıralarında döyüşən azərbaycanlının son məktubu tapılıb.

Hazırda Rusiyada yaşayan Həjar Şamiloğlunun Axar.az-a verdiyi məlumata görə, məktub öldürülmüş azərbaycanlının cibindən tapılıb.

Həjar məktubun iki-üç gün bundan qabaq Suriyanın Zummar bögəsində öldürülmüş İŞİD-çi azərbaycanlının üzərindən tapıldığını və yazdığı məktubun özbəkcə olduğunu zənn edərək tərcümə etmək üçün ona göndərildiyini bildirib.

"Mənə çatan məlumata görə, son 5 gündə Mosul ətrafında 50-yə yaxın azərbaycanlı İŞİD-çi öldürülüb", – Həjar deyib.

İŞİD-çinin kiril əlifbası ilə Azərbaycan dilində yazılan məktubunun tam mətnini təqdim edirik:

"Əxi, mən şəhid olsam, bunu zövcəmə çatdır.

Əlhəmdüllilah, rəbbil aləmin. Xayri xalqillər rəsulullah. Sallalahu aleyhi və səlləm.

Assələmyaleykum və rəhmətullahi va berakatuh.

Mili. Mən səni sevib, səninlə evləndim, həyat qurdum, hədsiz qısqandım, evimiz olmadı… Səninlə kirayəbəkirayə gəzdik. Mili, bu məktubu sənə yazdım, məcbur etməyə haqqım yoxdur, Allahdan qorxuram. Sənə çox xahiş edirəm ki, məni mümkünsə gözləyəsən. Bu vəfasız, sıxıcı dünyanın sıxıntılarına dözməyi, səbr etməyi məsləhət görərdim. Çünki səni həqiqi qəlbimlə sevdim. Uşağımı böyüt, Rita balamı tərbiyə et, oxumağı öyrət. Oxutdur məktubumu. Rita nanadin bala (papanın balası demək istəyib. - F.B.) inşallah biz ailəliknən Firdovsa (Firdovs cənnət deməkdir. - F.B.) girəcəyik. Əlhəmdülillah!"

Tarix
2015.03.19 / 21:55
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla