15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Planet |
"Rusiyanın işğal edilmiş regionlarımızla imzaladığı müqavilə hüquqi qüvvə daşımır".
Axar.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib.
O, Rusiyanın hazırda sanksiyaların təsiri altında yaşadığını bildirib:
"Bu cür destruktiv əməllərinə görə Rusiya əvvəllər də Qərbdən sərt tənqidlər yeyib. Rusiyaya tətbiq olunan sanksiyalar ona kifayət qədər ciddi təsir edir. Moskva öz aqressiv əməllərinə görə cavab verir".
Qeyd edək ki, bir müddət öncə Rusiya Abxaziya və Cənubi Osetiya ilə müttəfiqlik və strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdı.
Tarix
2015.03.19 / 20:54
|
Müəllif
İlkin Həsənov
|