Yuxarı

Gəncə İcra Hakimiyyətində yeni təyinatlar oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, içtimaiyyət nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, şəhərimizdə Novruz şənliklərinin bütün idarə və müəssisə təşkilatlarının, ali, orta ixtisas, ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil, musiqi, mədəniyyət, incəsənət, idman kollektivlərinin iştirakı ilə ümumşəhər bayramı olaraq yüksək səviyyədə keçirildiyini vurğulayıb. İçra başçısı bir daha bütün gəncəliləri Novruz bayramı münasibətilə təbrik edib, onlara Vətənimizin tərəqqisi və qüdrətlənməsi, şəhərimizin daha da çiçəklənməsi naminə işlərində uğurlar arzulayıb.

İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, qızları Leyla xanım və Arzu xanım Gəncə şəhər 27 saylı tam orta məktəbin şagirdi Ümid Həbibovu qəbul edib, onu 19 mart doğum günü münasibətilə təbrik ediblər. Bu, ölkə Prezidentinin Gəncəyə, gəncəlilərə xüsusi diqqət və qayğısının daha bir təzahürü olaraq hər birimizin qüruru və sevincidir.

Bu xəbəri tədbir iştirakçıları gurultulu alqışlarla qarşıladılar.

Şəhər rəhbəri icra strukturunda yeni təyinatlar haqqında məlumat verib. Diqqətə çatdırıb ki, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Ələşrəf oğlu Həmzəyev icra başçısının birinci müavini, Mikayıl Zakir oğlu Zeynalov təsərrüfat işləri üzrə müavin təyin olunub. Elmar Vəliyev onları təbrik edərək, məsuliyyətli, şərəfli işlərində uğurlar arzulayıb, göstərilən etimadı layiqincə doğruldacaqlarına əminliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənət adamlarına diqqəti və qayğısı hər zaman hiss edilib. Yığıncaqda Gəncə Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, "Qızıl Dərviş" mükafatçısı Məmmədəli Balayevə 75 illik yubileyi münasibəti ilə ikiotaqlı mənzilin açarı təqdim edilib. M.Balayev Novruz bayramı ərəfəsində ona göstərilən bu diqqəti ən qiymətli bayram töhvəsi olaraq dəyərləndirib və İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tarix
2015.03.19 / 20:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla