Yuxarı

Gənc atalara şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara 3 yaşına çatmamış uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend ə bildirib ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə əsas yük konkret olaraq qadının üzərinə düşür: "Ölkəmizdə bu sahədə kifayət qədər hüquqi baza var. "Gender bərabərliyinin təminatları haqqında" qanunda gender bərabərliyinin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. Beynəlxalq Əmək Təşkilatının ailə öhdəliyi olan işçilərin təminatları ilə bağlı Konvensiyası da mövcuddur".

S.Qəhrəmanova bildirib ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.

Komitə rəsmisinin sözlərinə görə, bəzən ailə iqtisadi cəhətdən çətinlik çəkəndə qadın analıq məzuniyyətini yarımçıq kəsərək yenidən işə qayıdır.

S.Qəhrəmanova hesab edir ki, kişilərə qadına kömək məqsədilə verilən məzuniyyət ödənişli olarsa və işə qayıdan qadınlara da 3 yaşına çatmamış uşaqlara qulluğa görə ödənişin verilməsi davam edərsə, yaxşı olar.

Qeyd edək ki, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" (2014-2025-ci illər) layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur.

Tarix
2015.03.19 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla