Yuxarı

SOCAR yeni binasını istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Neftqaztikinti" Trestinin yeni inzibati binasını istifadəyə verib.

Axar.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə "Neftqaztikinti" Trestinin yeni inzibati binasının təntənəli açılış mərasimi keçirilib.

Rəmzi qırmızı lenti kəsən Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər binaya baxış keçirib, yaradılan şəraitlə tanış olublar.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş bina Bakının Xətai rayonu, Zığ yolu üzərində tikilib. Binanın inşasına ötən ilin yanvar ayından başlanılıb. "Neftqaztikinti" Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən inşa olunmuş yeni inzibati bina pilləvari olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kVt-luq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Yeni inzibati bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8247 kvadrat metrə yaxın sahəsi olan inzibati binanın ətrafı abadlaşdırılıb, asfalt örtüyü salııb, yaşıllıqlar salınıb.

Tarix
2015.03.19 / 19:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla