Yuxarı

Nazir turizm ictimaiyyətini təbrik etdi – Rəsmi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı münasibətilə mədəniyyət və turizm sahəsində çalışan insanları təbrik edib.

Axar.az xəbər verir ki, təbrikdə minillik humanist dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruzun insanları birliyə, bərabərliyə səslədiyi qeyd olunub. Bildirilib ki, fəlsəfəsində insan və təbiət münasibətlərinin dayanması, mütərəqqi keyfiyyətləri özündə ehtiva etməsi Novruzu əziz bayrama çevirib:

"Ölkəmizin yüksək inkişaf yolunda olmasına, müasir dünyaya inteqrasiya etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində ulularımızdan bizə əmanət qalan mənəvi dəyərlər möhkəm qorunur, təbliğ olunur, Novruz bayramı da ildən-ilə daha təntənə ilə qeyd edilir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib".

Təbrik məktubunun sonunda nazir Əbülfəs Qarayev mədəniyyət və turizm ictimaiyyətinə Novruz bayramı münasibətilə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və yeni-yeni nailiyyətlər arzulayıb.

Tarix
2015.03.19 / 19:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla