Yuxarı

Bir sözün ixtisarı dolları kəskin ucuzlaşdırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Bankının (FED) uçot dərəcəsini artırmaqla bağlı bəyanatında "səbirli" olmaq ifadəsini çıxarmasından sonra dünyada dolların kursunda 2009-cu ildən bu yana ən böyük eniş müşahidə edilib.

Axar.az xəbər verir ki, FED ötən gün bəyanatında uçot dərəcəsini sabit saxlayıb. Rəsmilər faiz artımının pilləli şəkildə tətbiq olunacağını və inflyasiya məlumatlarına uyğun addım atılacağını bildiriblər.

Uçot dərəcəsinin hansı tarixdə artırılacağı isə açıqlanmayıb.

Analitiklər isə faiz artımının ya iyundan başlayaraq yavaş-yavaş ediləcəyini və yaxud sentyabrdan etibarən nisbətən daha sürətli olacağını ehtimal edirlər.

FED-in açıqlamasından sonra dünyada dolların kursu digər valyutalar qarşısında qısa zamanda ucuzlaşıb.

Dollar 1,75 faiz geriləyərək 1,194 balla 2009-cu ilin martından bu yana ən böyük enişi göstərib. Dollar avro qarşısında 2,5 faiz dəyər itirərək 1,0864 dollar olub. Dollar yapon yeninə nisbətən isə 1 faiz geriləyərək 120,11 yen olub.

Tarix
2015.03.19 / 14:59
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla