Yuxarı

Həcc ziyarətinə gedən zəvvarlara xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı bəzi əməllərə yol verilməməsi barədə xəbərdarlıq ediləcək. Xəbərdarlığı pozanlar Səudiyyə Ərəbistanın qanunları çərçivəsində cəzalandırılacaq.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, Səudiyyə Ərəbistanının tələbinə əsasən pasportlarında İsrail dövlətinin vizası aşkarlanan zəvvarlar Həccə buraxılmayacaqları üçün onların sənədləri qəbul edilməyəcək.

Xəbərdarlıq zəvvarlara paylanacaq viza sənədləri arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza atacaqlar. Xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli, zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı siyasi aksiyalardan uzaq durmalıdırlar. Narkotik, zina, spirtli içki qəbuletmə və oğurluq əməllərinə görə şallaq, əl kəsilmə, daşqalaq olunma və müəyyən ağırlaşdırıcı hallarda ölüm cəzası da nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 2700 zəvvarın aparılması nəzərdə tutulub. Bu il qiymətlərdə artım olduğu nəzərə çarpır. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq.

Tarix
2015.03.19 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla