Yuxarı

Ərdoğan türk kəşfiyyatının başına niyə kürd gətirib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hakan Fidan Ankara ilə PKK arasında əlaqələndirici körpüdür".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.

O, Ərdoğanın hakimiyyətini gücləndirmək üçün kürdlərdən istifadə etdiyini bildirib:

"Görünür, Kürd Fəhlə Partiyası (PKK) Türkiyədə konstitusiya reformları üçün lazımlı elementdir. Hakan Fidan isə bu işdə əlaqələndirici körpüdür. Ərdoğan öz hakimiyyətini gücləndirmək istəyir. Türkiyəni parlamentli respublikadan prezident respublikasına çevirmək üçün kürdlərlə konsensus vacibdir. Bundan əlavə, yaxın zamanlarda Türkiyədə seçkilər olacaq".

Qeyd edək ki, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan bir müddət öncə istefa verib siyasətə gəldiyini desə də, onun bu istəkləri yerinə yetmədi. Baş nazir Davudoğlu və Prezident Ərdoğanın Fidanla bağlı çıxışları onun yenidən Türkiyə kəşfiyyatının rəhbərliyinə qayıtmasına səbəb oldu. Maraqlı məqam isə Fidan bu vəzifədən İmralıda PKK lideri Abdullah Öcalanla danışıqlara gedəcək heyətin tərkibi müəyyənləşdirilən zaman istefa vermişdi. Ekspertlər həmçinin milliyətcə kürd olan Fidandan Ankaranın Öcalanla danışıqlarda istifadə etməyə çalışdıqlarını bildirmişdilər. Üstəlik, Fidan olmadığı dövrdə Qərbdən təzyiqlərin artması onun kəşfiyyata qayıtmasını məqbul etmişdi.

Onu da xatırladaq ki, bu gün ABŞ prezidentliyinə namizədlərdən biri Rand Paul öz çıxışında Kürdüstan dövlətinin yaradılmasının vacibliyini vurğulayıb. Hazırkı dövrdə isə Türkiyə üçün bu, heç arzulanmayacaq məqamdır.

Tarix
2015.03.13 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla