Yuxarı

“Nabat” “Zirvə”ni aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında peşəkar milli teatrımızın 142 illiyi qeyd edilib. Gecədə 7 nominasiya üzrə "Zirvə-2015" mükafatının təqdimatı olub.

Axar.az xəbər verir ki, "Kino" nominasiyasında bu mükafata Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Nabat" bədii filminin yaradıcı qrupu layiq görülüb.

"Milli sərvət" nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, "Musiqi" nominasiyasında xalq artisti, dirijor Yalçın Adıgözəlov, "Teatr" nominasiyasında Şəki Dövlət Dram Teatrı, "Kino" nominasiyasında "Nabat" bədii filminin yaradıcı qrupu, "Təsviri sənət" nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, "Debüt" nominasiyasında əməkdar artist Şövqi Hüseynov, "Azərbaycan mədəniyyətinə dəyərli töhfə" nominasiyasında isə YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova "Zirvə" mükafatı ilə təltif olunub.

Qaliblərə mükafatın simvolu, diplom və pul mükafatı verilib.

Qeyd edək ki, "Zirvə" mükafatı 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib.

Tarix
2015.03.13 / 02:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla