Yuxarı

“Nabukko Vest” layihəsi reallaşa bilərmi? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nabukko Vest" layihəsinin əvvəlki variantda, yəni 2013-cü ilin ortasınadək Transadriatik boru kəməri (TAP) ilə rəqabət apardığı dövrdəki müddətdə olduğu kimi yenidən reallaşmasını indiki şəraitdə təsəvvür etmək olduqca çətindir.

Axar.az xəbər verir ki, bunu Caspian Barrel-ə açıqlamasında Neft araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

"Dünən Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Boyko Borisov "Nabukko Vest" layihəsinin bərpa edilməsi təklifi ilə çıxış edərək onunla Azərbaycan qazının Avropaya ötürülməsini bəyan edib", - deyə, ekspert bildirib.

İlham Şabanın sözlərinə görə, Sofiyanın istəyi Azərbaycan qazının tranzitindən də əlavə dividentdlər əldə etməkdir:

"Burada onların marağını başa düşmək olar. Bolqarıstan bir müddət sonra analoji təkliflə Türkiyədən Avropaya "Türk axını" layihəsinə də belə bir təkliflə müraciət edəcək. Bu ölkə olduqca ağır iqtisadi vəziyyətdədir və imkan daxilində qazanc əldə etmək istəyir, onu nə boru kəmərinin qiyməti maraqlandırır, nə də investorların imkanları, təki özü bir şey qazansın. Azərbaycanın isə TAP qarşısında öhdəliyi var. Şahdəniz konsorsiumu öz seçimini edəndə və TAP-la müqavilə bağlayanda öhdəlik götürüb ki, əvvəlcə 10 mlrd kub metr qaz, sonra isə 20 mlrd qaz həcmi verməyə borcludur. Həmin əlavə həcmlər isə Şahdəniz-2 yatağının işlənməsindən deyil, digər yataqların hesabına başa gələcək. Bu baxımdan da Bolqarıstan üzərindən keçməklə Şərqi Avropa ölkələrinə uzanacaq yeni boru kəmərinə investisiya etmək heç də Azərbaycan üçün maraq doğurmur. Düzdür, biz qaz həcmlərimizi müəyyən həcmdə sata bilərik, ancaq yeni investisiya layihəsində investor kimi çıxış etməyimiz artıq məqsədəuyğun olmazdı".

Tarix
2015.03.05 / 13:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla