Yuxarı

Yeni Türkiyə layihəsi: ABŞ Anadolunu böləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Türkiyənin parçalanması üçün situasiya yaradacaq".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

O, Türkiyənin ABŞ-ın əleyhinə çıxacağı təqdirdə ölkədə xaos yaradacağını bildirib:

"ABŞ-ın fikrincə, Türkiyənin hələ özünü "düzəltmək" üçün şansı var. Bunun üçün Türkiyə savaşmalıdır. İndi artıq iki güclə həm İŞİD-lə, həm də ki, Əsədlə savaşmalıdır. Türkiyənı artıq iki dəfə döyüşməyə məcbur ediblər. Bunlardan birincisi, 2013-cü ilin yazında Əsədlə baş vermişdi. O zaman küçələrə "ekoloqlar" çıxdılar. Bu isə Ərdoğana xəbərdarlıq idi ki, döyüşməsən, Türkiyədə inqilab olacaq. İkinci dəfə isə Türkiyənin bir müddət öncə İŞİD-lə savaşmağa məcbur edilməsi idi. Lakin Ankara bu dəfə maksimum dərəcədə özünü kənarda saxlayaraq, kürdlərə texniki dəstək göstərdi ki, onlar radikallara qarşı dayana bilsinlər. Türkiyə hazırda hətta İraqa da kömək etməyə hazırdır ki, özü burada döyüşməsin. Artıq Türkiyənin çıxış yolu qalmayıb. Ya o İŞİD-ə qarşı döyüşəcək və bu zaman radikallar ölkə ərazisinə keçib, ölkənin daxildən stabilliyini pozacaqlar, ya da ki, ABŞ Türkiyənin parçalanması üçün situasiya yaradacaq. Avtomatik olaraq Türkiyənin Kiprdə problemləri yaranacaq. Bu, Qərbə yaranmış eskalasiyanı sonradan Cənubi Qafqaza yönəltmək üçün lazımdır. Türkiyəyə qarşı həmçinin onun Rusiya ilə "Türk axını" layihəsi ilə bağlı danışıqları da işləyir. Artıq Ankaranı onun NATO üzvü olması da xilas etməyəcək. NATO üzvü kimi İŞİD-ə qarşı döyüşməyə məcburdur. Yaranmış situasiyadan yeganə çıxış yolu Azərbaycan, Türkiyə, Rusiya, Ermənistanın maraqlarını özündə cəmləyən "Qafqaz qalası" yaratmaqdan ibarətdir. Lakin bu hələ ki, mümkün deyil. Çünki bölgədə Amerika yönlü Gürcüstan, həll olunmamış Qarabağ problemi, hələ də yerinə yetirilməmiş erməni-türk protokolları var. Üstəlik, bu layihə yerinə yetsə, gərək Türkiyə NATO-dan çıxsın".

Tarix
2015.03.05 / 10:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla