Yuxarı

Qərb mətbuatı: “Ərdoğanın xəyalları bura qədərmiş…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin müttəfiqləri və qonşularıyla münasibətləri Ərdoğanın şəxsiləşdirmiş diplomatiya tərzi üzündən pozuldu..."

Axar.az xəbər verir ki, bu sözlər İngiltərənin nüfuzlu "Faynənşl Tayms" (Financial Times) qəzetində yer alıb. Dərgi Türkiyənin daxili siyasəti barədə yer verdiyi geniş məqaləsində Ərdoğanı tənqid edib:

"Türkiyənin dostlarıyla birlikdə Yaxın Şərqlə bağlı xəyalları buxarlanıb uçdu. Türkiyənin böyük güc olma xülyaları bura qədərmiş".

Dərgi Tayyib Ərdoğanın "Latın Amerikası səfərindən sonra "Dünya miqyasında təkliyi nəzərə almıram. Bizim üçün əsas olan xalqımızın birliyidir", - sözlərini xatırladaraq AKP-nin nüfuzunun getdikcə aşağı düşdüyünü qeyd edib:

"3 il öncə o vaxtkı Xarici İşlər naziri və indiki Baş nazir Əhməd Davudoğlu Türkiyənin yeni Yaxın Şərqin əfəndisi, lideri və xidmətçisi olmağıyla öyünürdü. Amma ölkənin müttəfiqləriylə və qonşularıyla münasibətləri, xüsusilə də Ərdoğanın şəxsiləşmiş siyasəti bu xəyallara son qoydu. Ancaq yalnız bir neçə ölkə Gülən məktəblərini bağladı. Digərləri bu məktəbləri müdafiə etdi. Hətta ötən həftə Afrika Birliyi Gülənin əsas himayədarı olduğu şirkətlərdən biri ilə əməkdaşlıq razılaşması imzaladı".

Məqalədə Ankaranın Misir, İsrail və Suriyada səfirliyinin olmadığı xatırlanaraq 2008-ci ilin Türkiyəsindən əsər-əlamət belə qalmadığı deyilib:

"Qahirə türk TIR-larının Afrika və körfəzə (Fars körfəzinə - red) çatmasına icazə verən qiymətli bir razılaşmadan imtina etmək üzrədir. Liviya ötən həftə bir zamanlar türk inşaat sektoru üçün böyük gəlir mənbəyi olan firmaların dövlət müqavilələrində əks olunmayacağını açıqladı. Yenə ötən həftə Türkiyə Yəməndəki elçiliyini bağlayaraq vətəndaşlarından ölkəni tərk etmələrini istədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da Türkiyənin geriləməkdə olan beynəlxalq etibarının bir aynasıdır. 2008-ci ildə yekdilliklə üzvlüyə seçilən Türkiyə 6 il sonra eyni müvəffəqiyyətə yaxınlaşa da bilmədi".

Yaxın Şərqdəki əsas gərginlik ocaqlarından birinin Ankaranın Misirdə iqtidardan devrilən islamçı hökumətə və Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmrliklərinin terrorçu olaraq xarakterizə etdiyi "Müsəlman Qardaşları"na verdiyi dəstək olduğunu yazan qəzet Ərdoğanın bu həftə Ər Riyada etdiyi səfərlə bir uzlaşma axtarıldığını, lakin Misirlə fikir ayrılıqlarının davam etdiyini iddia edib. Türkiyənin yaşadığı gərginliklərin Yaxın Şərqlə məhdudlaşmayıb Atlantik sahillərinə qədər yayıldığını ifadə edən qəzetdə bu ifadələrə yer verilib:

"ABŞ Prezidenti Barak Obamanın Ərdoğanı etibarlı 5 dünya liderindən biri kimi gördüyü günlər arxada qaldı. Ərdoğanın ifadəsi getdikcə artan islami havaya bürünməkdədir. Ərdoğan Afrika ilə əlaqələri inkişaf etdirməklə öyünür, amma bu mövzuda belə o, çox da uğurlu sayılmaz. Ərdoğan özü də ölkəsinin tək qalmasına təəccüblənib. Ötən ay "Türkiyə liderlər məkanında tək qalmış ola bilər, amma bu da qısqanclıqdan başqa bir şey deyil", - deyən Ərdoğan bu qısqanclığın səbəbini söyləməmişdi.

Tarix
2015.03.05 / 09:28
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla