Yuxarı

Əliyevin Bolqarıstan səfəri: Avropa ilə saziş imzalandı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nabukko Rusiyanın bir növ siyasi manevrinin qarşısını alır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Bolqarıstanda Qərblə Bakının razılığa gələ biləcəyini deyib:

"Nabukko həm maliyyə baxımından, həm də siyasi baxımdan çox böyük layihədir. Layihəni böyük edən onun strateji əhəmiyyət daşımasıdır. Nabukko Asiya enerjisini Avropaya alternativ yolla çatdırılması deməkdir. Bu layihə ona görə önəmlidir ki, Rusiyanın bir növ siyasi manevrinin qarşısını alır. Nabukko layihəsinin bu gün yenidən gündəmə gəlməsi Qazaxıstan və Turkmənistanın bu layihədə artıq maraqlı tərəf olmaları deməkdir. Ola bilsin ki, Qərb və Avropa ilə ilkin razılıq olub. Belə bir razılaşma olubsa, o zaman Rusiya üçün yeni siyasi era başlanır. Bu layihə gerçəkləşəcəyi zaman Rusiyanın əsas gəlirləri əlli faizə qədər azalacaq. Düşünsək ki, Rusiyanın federal büdcəsi təbii sərvətlərdən formalaşır, o zaman Rusiya üçün çətin günlərin öndə olduğunu deyə bilərik".

Qeyd edək ki, bu gün "haqqın.az" saytı Bolqarıstan mətbuatına istinadən İlham Əliyevin bolqar həmkarı ilə birgə Nabukko kəmərinin bərpası haqqında qərar qəbul etdiyi barədə məlumat yaymışdı. Bolqarıstan Prezidenti Boyko Borisov bu layihənin Avropa Komissiyasına veriləcəyini bildirmişdi. O, Nabukkonun NATO və Avropa Birliyinin maraqlarına cavab verdiyini söyləmişdi.

Onu da xatırladaq ki, Nabukko layihəsi 2013-cü ildə Avropa Komissiyası tərəfindən rəsmən ləğv edilmişdi. O, Rusiyanın "Cənub axını" layihəsi üçün əsas rəqib sayılırdı.

Tarix
2015.03.05 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla