Yuxarı

“Ələddinin sehrli çırağı”: 120-ci baxış – Fotolar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 mart Beynəlxalq Qadınlar günü saat 12:00-da Ərəb xalq nağılı "Ələddinin sehrli çırağı" tamaşası 120-ci dəfə nümayiş etdiriləcək.

Axar.az xəbər verir ki, quruluşçu rejissor, musiqi tərtibatı və rəqslərin quruluşu teatrın rejissoru, Əməkdar Artist Nicat Kazımova məxsus tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, tryukların quruluşçuru İsa Əsədov, rejissor assistenti Vüsal Mehrəliyevdir.

İki hissəli nağıl tamaşada Əməkdar Artistlər Atabala Səfərov, Nicat Kazımov, Elşən Rüstəmov, Almaz Mustafayeva, Nübar Novruzova, Qəmər Məmmədova, Vahid Əliyev, aktyorlar Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Eyvaz İbrahimov, Natiq Fərzəliyev, Elnur Hüseynov, Elşən Şıxəliyev, Ədalət Əbdülsəməd və başqaları iştirak edirlər.

Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanmış bu tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan çıxır. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda mühüm rol oynayır...

Qeyd edək ki, mart ayının 9-da saat 14:00-da teatrın aktyoru İlham Əsədov 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram proqramı ilə çıxış edəcək. Teatr rəhbərliyi tərəfindən təşkil olunmuş bayram proqramında maraqlı ifalar, səhnəciklər və sürprizlər teatrda çalışan xanımlara əsl bayram əhval–ruhiyyəsi yaşadacaq.

Tarix
2015.03.05 / 01:27
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla