Yuxarı

Rusiyanın yeni planı: Ukraynada iki dövlət yox olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nemtsovu Ukraynadakı separatçıların öldürməsi haqqında videonun yayılması Kremlə sərf edir".

Axar.az xəbər verir ki, bu sözlər ukraynalı politoloq Sergey Klimovskinin hvylya.net saytında yayımlanmış analiz yazısında yer alıb.

Ekspert məqaləsində Kremlin yeni "rus baharı" yarada biləcəyini deyib:

"Kreml bununla bir neçə məqsədini yerinə yetirməyə çalışır. Birinci mərhələ kiçik məqsədlərdir. Daxili İşlər Nazirliyinin baş ağrısı olan qatilin axtarışı bitəcək. Yəni göstəriləcək ki, qatillər özləri peyda oldular və Ukraynadadırlar. Bu daha çox rus inqilabçı demokratlarını elə Novorossiyada olan rus eskadronları vasitəsilə qorxudulması ilə nəticələnəcək. Rusiya Daxili İşlər Nazirliyi isə heç kimi həbs etməyəcək. İkinci mərhələ isə həddən artıq vacib olan orta müddətli məqsədlərdir. Öncə beynəlxalq leksikona "novoros" xalqı və "Novorossiya" dövləti adının gətirilməsi planı həyata keçiriləcək. Hansı ki, guya bunlar öz müstəqillikləri, dövlətçilikləri uğrunda terror yoluyla olsa da savaşırlar. Doğrudur, Lavrov bu metodları tənqid edəcək, amma "Kiyev xuntası"nın onlara bundan başqa yol saxlamadığı, məsələni sülh yolu ilə referendumda həll etmək istəməmələrini sübut kimi gətirərək novorosları haqlı çıxarmağa çalışacaq. Lavrov novorosları bir növ Şərqi Avropanın baskları və irlandları kimi göstərməyə çalışacaq. Kremlin indiyə qədər "Novorossiya" anlayışını dünyaya dərk etdirməyə çalışması uğursuzluqla nəticələnib və ona görə də onlar yeni addımlar atacaqlar".

Politoloq həmçinin Kremlin destablizasiyanı Ukraynanın digər bölgələrinə də yaymağa çalışacağını söyləyib:

"Bu mərhələnin növbəti məqsədi "rus baharı" xüsusi əməliyyatının ikinci dəfə canlanmasına yeni impulslar verməkdir. Əgər "rus baharı" alınmazsa, o zaman novoroslar yenidən ön plana çıxırlar. Onlar Ukraynanın sol sahilini ayağa qaldırmalıdırlar və əgər uğur əldə olunsa, o zaman bu prosesə Odessa da qoşulmalıdır. Kreml hələ də ümid edir ki, ukraynalılar özlərinin novoros olduğunu anlayıb Novorossiyaya tərəf üz çevirəcəklər. Lakin bunun üçün hələ Novorossiya yaradılmalıdır. Ona görə də Donetsk və Luqanskda yaradılmış respublikalar ləğv edilməlidir. Hazırda hər iki qondarma respublikanın nazirliklərində özünü Donbasın vətəndaşı hesab edən şəxslər işdən qovulurlar. Kreml Donbası nəinki diz üstə qoyub, o, hətta onu tamamilə ləğv edib. Heç bir Donbas yoxdur və yalnız Novorossiya var. Kremlin yeni yanaşma tərzi budur. Novorossiyanın özünü elan etməsi Kremlə dərhal imkan verir ki, Minskdə üzərinə götürdüyü öhdəliklərdən yaxasını qurtara bilsin. Növbəti mərhələ isə Novorossiyanın xoşməramlı ordusunun ukraynalılar tərəfindən işğal edilmiş öz torpaqlarında ayağa qalxmış xalqına yardıma qaçması olacaq. Boris Nemtsovun öldürülməsini üzərinə götürən novorosların yalançı videosunun yayılması artıq bu planının işə salındığını göstərdi".

Tarix
2015.03.04 / 23:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla