Yuxarı

Tiflis heç vaxt olmadığı qədər çətin durumda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva-Suxumu-Tiflis-İrəvan yolu ilk növbədə Azərbaycanın maraqlarına xələl gətirir".

Bu sözləri Axar.az-a açıqlamasında Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov söyləyib.

O, Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasının Cənubi Qafqazda qüvvələr balansını dəyişəcəyini bildirib:

"Bu addımı atmaqla Gürcüstan ilk növbədə öz strateji partnyorunu əsəbiləşdirəcək. Belə ki, bu yolun yalnız bir məqsədi var, o da əksər hallarda hərbi əhəmiyyətli yüklərin Gümrüdəki bazaya daşınmasıdır. Ağır texnikanı bazaya hava yolu daşımaq çətindir və onun üçün də quru yolu lazımdır. Məhz bu yol regionda qüvvələr balansını pozacaq. Bu isə Azərbaycanın və Gürcüstanın marağında deyil. İqtisadi nöqteyi-nəzərdən layihə Gürcüstan üçün heç bir xeyir verməyəcək. Ən yaxşı halda Tiflis layihəyə çəkiləcək xərclərin bəhrəsini 100 ildən sonra əldə edəcək. İkinci bir məqam da kifayət qədər önəmlidir. Abxaziya ilə Gürcüstan arasından sərhədlər haradan keçəcək? Sərhədçilər harada dayanacaq? Kim və necə nəzarəti aparacaq? Abxaz gömrükçülərin sənədlərdən hansısa birinə möhür vurmaları Gürcüstanın Abxaziyanın müstəqilliyini avtomatik olaraq tanıması olacaq. Gürcüstan hakimiyyətindən mən bu addımı gözləyirəm. Lakin bu məsələni Gürcüstan xalqının müqaviməti sayəsində sonlandırmaq çox çətin olacaq".

Tarix
2015.03.04 / 23:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla