Yuxarı

“Əli və Nino”da çəkiləcək aktyorlar – Tam siyahı/Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Bakıda məşhur "Əli və Nino" əsəri əsasında eyniadlı filmin çəkilişləri aparılır. Hazırda çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində gedir.

Axar.az Buro 24/7 kollektivi filmin aparıldığı məkanlarda olub, çəkilişləri müşahidə edib və tarixi ekran əsəri ilə bağlı maraqlı məqamları öyrənməyə müvəffəq olub.

Həmin faktları təqdim edirik:

Bundan öncə mətbuatda "Əli və Nino" filmində çəkilən azərbaycanlı aktyorların siyahısında yalnız xalq artisti Fəxrəddin Manafovun adı çəkilsə də, əslində, burada bir çox tanınmış aktyorlarımız rol alıblar. Onların arasında əməkdar artistlər Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, aktyorlardan Rasim Cəfər, Dəniz Tacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd, Cəmilə Tağızadə və Cövdət Şükürov var.

"Əli və Nino" filmində əsas hadisələr İçərişəhərdə baş verir. Kadrarxası fotolardan da aydın olduğu kimi, hazırda əsərin baş qəhrəmanları olan Əli və Ninonun məktəb illəri səhnələri çəkilir. Əsərdə şəhər duması tərəfindən təşkil olunan və Nino Kipianinin də iştirak etdiyi balın çəkilişləri Azərbaycan Milli İncəsənət muzeyində aparılıb.

Film üçün Azərbaycan Atçılıq Federasiyasına məxsus atlar, eləcə də nadir növ Qarabağ atlarından istifadə olunur.

Bir çoxlarını maraqlandıran digər məqam isə dünya şöhrətli aktyorların Azərbaycan filmində hansı rolları ifa etmələridir. Sultan Süleyman obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ərgənc filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq. Xalq artisti Fəxrəddin Manafov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin, Pərviz Qurbanov isə digər Bakı milyonçusu Musa Nağıyevin obrazında görünəcək. Nigar Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımı Sona Tağıyevanın rolunda olacaq.

Gənc aktrisalar Dəniz Tacəddin və Xumar Səlimova Nino Kipianinin rəfiqələridirlər. Mehriban Zəki Ninodan "cavan oğlanın yeganə arvadı olmaq yorğun deyilmi?" deyə soruşan Əli xanın bibisi Sultan xanımın rolunu canlandıracaq. Pərviz Məmmədrzayevi Qoçu obrazında, Cövdət Şükürovu isə rus zabiti obrazında görəcəyik. "Toni" və "Emmi" mükafatı laureatı Mendi Patinkin Ninonun atası Knyaz Kipianini, danimarkalı aktrisa Konni Nilsen isə Knyaginya Kipianini canlandıracaq.

Filmdə dini əqidəyə bağlı olan və oğlunun da bir müsəlman kimi yaşamasını istəyən Əli xan Şirvanşirin atası obrazını iranlı aktyor Humayun Ərşadi oynayacaq. Filmlə bağlı digər maraqlı faktlardan biri burada istifadə olunan avtomobillərdir. Nəqliyyat vasitəsi kimi filmdə 1914-cü il istehsalı olan Dodge avtomobillərindən istifadə olunur. Onlardan biri Kipiani ailəsinə məxsusdur.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Tarix
2015.03.04 / 16:19
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla