Yuxarı

“Türkiyədə düşünürlər ki, Azərbaycan...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Azərbaycana erməni məsələsində bir nömrəli müttəfiqidir".

Bu sözləri Axar.az-a açıqlamasında Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin eksperti Orxan Qafarlı söyləyib.

O, Türkiyənin Azərbaycanın bir nömrəli müttəfiqi olduğunu bildirib:

"İki ölkə arasında 24 ilə yaxın strateji əməkdaşlıq mövcuddur. Türkiyə Azərbaycana erməni məsələsində bir nömrəli müttəfiqidir. Bu günə qədər Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda enerji tranzit məsələsində Azərbaycana dəstək olmaqdadır. Hərbi əməkdaşlıqda Türkiyə bir nömrəli müttəfiqimizdir. Bu zaman ortaya çıxan sual budur ki, bu günə kimi iki ölkə arasında münasibətlərin bu qədər yaxşı olmasına baxmayaraq, Türkiyə vətəndaşları üçün Azərbaycanda vizanın qalması nə ilə bağlıdır? Bu, Ankara üçün anlaşılmazdır. Türkiyədə belə bir təəssürat var ki, Bakı səmimi deyil. Türkiyənin Cənubi Qafqaz bölgəsində siyasi, hərbi və iqtisadi olaraq daha da güclənməsi eyni zamanda regionda İpək yolu başda olmaqda digər strateji projelərin reallaşması üçün bu viza sisteminin aradan qalxması lazımdır. Yalnız bu şəkildə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın strateji xarakteri güclənə bilər".

Qeyd edək ki, bir müddət öncə Türkiyə Xarici İşlər nazirinin Azərbaycana ziyarəti zamanı iki ölkə arasındakı viza məsələsi yenidən gündəmə gəlmişdi.

Tarix
2015.03.04 / 10:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla