Yuxarı

Məhkəmə Ərdoğanı cərimələdi - Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul məhkəməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarsda uçurdulan "İnsanlıq abidəsi" heykəlinə "əcaib" dediyi üçün cərimələyib.

Axar.az xəbər verir ki, Ərdoğan abidənin heykəltəraşı Məhmət Aksoyu təhqir etdiyinə görə 10 min lirə (4 min dollar) mənəvi təzminat ödəməyə məhkum edilib.

Xatırladaq ki, Ərdoğan 2011-ci ilin yanvarında Qarsda təşkil etdiyi mitinqdə "İnsanlıq abidəsi" heykəlinə "əcaib" demiş və daha sonra abidə dağıdılmışdı. Heykəltəraş Mehmet Aksoy isə buna görə Ərdoğanı məhkəməyə vermişdi.

"İnsanlıq abidəsi" adı verilən bu heykəl "erməni-türk dostluğuna" ithaf olunmuşdu və türkiyəlilərlə bərabər, azərbaycanlıların da etirazı ilə qarşılanırdı.

Tarix
2015.03.03 / 16:44
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla