Yuxarı

Nazirlərin mart səfərləri açıqlandı - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Axar.az martda rayonlara səfər edəcək nazirlərin siyahısını təqdim edir.

Təhsil naziri Mikayıl Cabbarov martın 10-u Masallıda cənub zonasının sakinlərini qəbul edəcək. Gənclər və idman naziri Azad Rəhimov martın 1- də Mingəçevirdə Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Bərdə, Tərtər və Ağsu rayon sakinlərini qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov martın 13-ü Şabranda şimal bölgəsinin sakinlərini qəbul edəcək.

Ədliyyə naziri Fikrət Məmmədov martın 13-də Ağdaş, Mingəçevir və Yevlax rayon sakinlərini qəbul edəcək. Eyni tarixdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad, Şirvan, Saatlı və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Yevlax, Mingəçevir və Bərdə sakinlərini qəbul edəcək. Kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy, Yevlax, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat Naziri Ziya Məmmədov da həmin gün Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. Səhiyyə naziri Oqtay Şirəliyev isə Mingəçevir, Yevlax, Bərdə və Goranboy rayon sakinlərini qəbul edəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 16- da Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.

Baş Prokuror Zakir Qaralov martın 30-da Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayon sakinlərini qəbul edəcək. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev eyni gündə Xızı, Sumqayıt, Abşeron və Qobustan rayon sakinlərini qəbul edəcək.

Tarix
2015.02.28 / 23:04
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla