Yuxarı

Rusiya erməniləri blokadadan çıxarmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasının Azərbaycanın Qərblə əlaqələrinə, Cənub qaz dəhlizinin reallaşmasına birbaşa təsiri olmayacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, Rusiyanın son illər bölgədə hərtərəfli fəallaşma siyasəti apardığını bildirib:

"Rusiya istəyir ki, Ermənistanla birbaşa əlaqələrini bərpa eləsin. Bu, Rusiyanın Ermənistanda və bölgədə maraqlarının təmin olunması üçün həyati əhəmiyyət kəsb edir. Ermənistan təcrid olunmuş vəziyyətdə qalıb və Moskva onunla birbaşa əlaqəyə malik deyil. Bu dəmiryolunun açılması İrəvanın izolyasiyasını aradan qaldıra bilər. Onun Azərbaycana başqa mənada neqativ təsiri var. Tiflis buna gedərsə, Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ başlayacaq. Biz başqa bir dövlətdən birbaşa tələb edə bilmərik ki, o, Ermənistanın blokadasına qoşulsun. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinə o mənada pis təsir edə bilər ki, həmin dəmiryolunun açılması tərəflər arasındakı tərəfdaşlıq, müttəfiqliklə bağlı müəyyən etimadsızlıq yarada bilər. Amma düşünmürəm ki, Tiflisin özü bu dəqiqə həmin məsələdə maraqlıdır. Gürcüstan yalnız Rusiyanın təzyiqi altında bunu edə bilər. Çünki Rusiya ilə Ermənistan arasında dəmiryolunun olması Gürcüstana lazım deyil. Ona görə ki, bu, Ermənistana silah keçirilməsi və sairə işlərə görə gərəkli olacaq. Bunun isə sonradan Tiflisə də neqativ təsirləri müşahidə ediləcək. Digər tərəfdən nə qədər ki, belə əlaqə mövcud deyil, Gürcüstan Ermənistanın təcrid olunmasından müəyyən iqtisadi dividentlər qazanır.

Moskva son vaxtlar Cənubi Qafqazda çoxşaxəli, hərtərəfli fəallaşma siyasəti yürütməyə başlayıb. Mənim fikrimcə, bu, Azərbaycan üçün müəyyən mənada narahatlıq yaradır. Çünki həmin dəmiryolu vasitəsilə Ermənistanın təkcə iqtisadi deyil, həmçinin hərbi gücləndirilməsi həyata keçiriləcəksə, bu artıq təhlükədir".

Politoloq Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasının erməni separatizminin Gürcüstanda aktivləşməsinə şərait yaradacağını deyib:

"Təkrar edim ki, Gürcüstanın özü bu yolun açılmasında maraqlı deyil. Ona görə ki, o yol Cavaxetiyadan keçir. Şübhəsiz ki, bu, Cavaxetiyadakı erməni separatizminin aktivləşməsinə şərait yaradacaq. Tiflisdə bunu da nəzərə alırlar. Təbii ki, Gürcüstanda erməni separatizmi yeni fenomen deyil. Faktiki olaraq bu bölgə müəyyən mənada İrəvanın nəzarətindədir. Özü də burada ermənilərin ən radikal millətçi cərəyanları var. Məsələn, Daşnaksütyunun burada çox güclü mövqeləri mövcuddur. Aydın məsələdir ki, Rusiya bu yolun açılması ilə ən azı iki dövlətə - həm Azərbaycana, həm də Gürcüstana problem yaratmış olur. Bu isə son nəticədə Ermənistanın Rusiyadan tam asılı vəziyyətə düşməsinə şərait yaradır".

Tarix
2015.02.28 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla