Yuxarı

Ermənistan işıqsız qalacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda elektrik paylayışı şirkətlərinin yüz milyonlarla dollar borcu yaranıb.

ANS press-in məlumatına görə, bu səbəbdən erməni şirkətləri əsas təchizatçı olan Rusiyanın "İnter RAO EES" şirkətindən yeni kreditlə enerji ala bilmirlər. Şirkətlər ölkə prezidenti Serj Sərkisyana müraciət edərək borcların yenidən strukturlaşmasını istəyirlər. Sanksiyalar üzündən erməni paylayıcı şirkətləri Rusiya banklarından da kredit götürə bilmirlər.

İndi Ermənistanda elektrik tariflərinin qaldırılması məsələsi gündəmə gəlib. Qazın bahalaşmasının gündəmdə olmasını da nəzərə alan əhali ciddi həyəcan qarşısındadır. Məsələ erməni şərhçilərini də ciddi narahat edir.

"Rusiyanın enerji siyasəti fiaskoya uğrayır, erməni energetikası onun bir hissəsidir. Ermənistan energetikasını xilas etmək üçün onu Rusiya sistemindən ayırmaq daha məntiqlidir. Ola bilər ki, bu məsələ hələ "yetişməyib", amma bu, mütləq partlayış verəcək", - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayıb.

Tarix
2015.02.26 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla