Yuxarı

“Putin nə qədər sağdır, Qarabağ həll olunmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Putin, nə də Qərb Ukraynada uzunmüddətli qarşıdurmaya getmək istəmirdi. Sadəcə olaraq, Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstək verməklə Moskva beynəlxalq hüquqa qarşı çıxdı. Qərb də buna adekvat olaraq sanksiyalar tətbiq etdi. Lakin bütün böhranın yeganə səbəbi və həll yolu təkcə Rusiyanın təcavüzü deyil. Rusiyanı geri çəkilməyə məcbur etmək olar, hətta o, buna getsə belə, bu, uzunmüddətli olmayacaq.

Publika.az xəbər verir ki, ABŞ-ın "Foreign Affairs" nəşri Ukrayna böhranının səbəblərini araşdırır. Nəşr Dağlıq Qarabağ münaqişəsini nümunə çəkir və bu münaqişənin sonrakı təcavüzə presedent olduğunu yazır.

"Ərazi təftişçiliyi həmişə olub. 1991-ci ildə SSRİ və Qərb dünyası arasındakı razılıqlar yenidən gözdən keçirildi, daha doğrusu bütün müqavilələr pozuldu. Rusiya SSRİ-nin Avropada itirdiyi mövqelərini yenidən ələ keçirmək üçün hərəkətə keçdi. Məhz həmin vaxtdan etibarən Yuqoslaviya dağıldı, Dağlıq Qarabağ Azərbaycandan qoparıldı, burda separat dövlətin qurulmasına cəhdi edildi, Abxaziya və Cənubi Osetiya Gürcüstandan alındı, Moldova Dnestryanı ərazilərini itirdi. Əslində Luqansk və Donetskdə baş verənlər 20 il öncə Qarabağda yaşanmış, Dnestrayanıda, Cənubi Osetiya və Abxaziyada təkrar olunmuşdu.

Müqavilələrə yenidən baxmaq, razılaşmaların pozulması tarixi təcrübəyə əsaslanır. Misal üçün, 1919-cu ildə Versal müqaviləsi bağlandı. Lakin Rusiya və Almaniya güclənən kimi bütün şərtləri pozdular. Bu baxımdan, Rusiyanın da nə vaxta duracağını demək çətindir.

Ukrayna böhranını nə BMT, nə də Avropa İttifaqı həll edə bilməyəcək. ABŞ nəsə etməyə çalışır, sanksiyalarla Moskvanı küncə sıxışdırır. Lakin o nə Ukrayna üçün açıq döyüşə girməyə, nə də Rusiyanı bombalamağa razıdır.

Nəşr NATO-nun genişlənmə siyasətini səhv adlandırır. Ona görə yox ki, Rusiya bundan qəzəblənir. Bu, ittifaqın özünü də zəiflədir. Genişlənmə siyasəti olmasa, Rusiya siyasətçiləri revanşdan əl çəkər.

Lakin hazırda bütün bunlar fikir olaraq qalır və heç kim sanksiyalarla böhranın həllinə nail olacağını düşünməsin. Çünki Putin nə qədər sağdır, Ukrayna əziyyət çəkəcək, Avropa iqtisadiyyatı zərər görəcək, Rusiya daha çox qeyzlənəcək və onunla işləmək çətin olacaq. Post-sovet ölkələri daim təzyiq altında yaşayacaq, Qarabağ münaqişəsi həll olunmayacaq, Cənubi Osetiya və Abxaziyada vəziyyət dəyişməyəcək, Dnestryanı Moldovaya birləşməyəcək və separatizm güclənəcək.

Ukrayna qəzasından sonra Putin gözlərini daha geniş açıb və hər şeyi detallarına qədər idarə edir. Təbii ki, bir gün sadə rus ayağa qalxa və ondan getməyi tələb edə bilər. Amma bu nə vaxt olacaq, ümumiyyətlə, olacaqmı?

İndiki halda Ukraynada sıxışdırılan Rusiya tamamilə məğlub olmayacaq. Ən yaxşı halda o, geri çəkiləcək, özünü toparlayacaq və yenidən hərəkətə keçəcək.

Tarix
2015.02.25 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla