Yuxarı

Millət vəkili: “Manatın karikaturasını çəkin...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan da Rusiya kimi 125 milyard dollar rezervini xərcləyib qarşısında rublun 100 faiz dəyərdən düşməsini görəcəkdi".

Bu sözləri millət vəkili Zahid Oruc son günlərdə ölkənin gündəmini zəbt edən manatın devalivasiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, manatın ucuzlaşması alıcılıq qabiliyyətinin aşağı düşməsi anlamına gəlmir:

"Milli valyutamızın dollara nisbətən dəyərinin 33,5 faiz ucuzlaşması manatın avtomatik olaraq alıcılıq qabiliyyətini üçdə bir nisbətdə itirməsi anlamına gəlmir və bu fikrin əksini iddia edənlər iqtisadiyyatla deyil, mexanika ilə məşğul olsunlar!

Tədrici kurs və üzən kurs tərəfdarlarının dedikləri olsaydı, Azərbaycan da Rusiya kimi 125 milyard dollar rezervini xərcləyib qarşısında rublun 100 faiz dəyərdən düşməsini görəcəkdi. Ona görə də dollar ajiotajının qarşısını almağın yeganə yolu bu idi. Lakin bundan sonra kurs dəyişilməməlidir. "Neftin azalan dollarlarını məzənnə siyasəti ilə dəyişib də büdcə kəsirini doldurmaq üçün guya manatın dəyərdən salınmasına gedilib" deyənlər də sovet iqtisadçılarıdır.

Əgər dövlət vətəndaşların pullarının dəyərsizləşdirməsində maraqlı olubsa və guya bundan bəhrələnmək istəyibsə, onda belə çıxır ki, Mərkəzi Bank və Azərbaycanın valyuta rezervlərinin də 33 faiz ucuzlaşmasına könüllü razı olub. Bu məntiqin nə qədər zəif-yararsız olduğunu görürsüz və ən adi tənqidə tab gətirmədiyi tamamilə ortaya çıxır".

Millət vəkilinin sözlərinə görə, manatın ucuzlaşması ilə əhali kasıb olmayacaq:

"Devalvasiya özü qədər deyil, yalnız onda bir nisbətdə inflyasiyaya səbəb olacaq və iddia etmək ki, 21 fevralda oyanıb görmüşük ki, sadə xalq dilində desək, guya dövlət tərəfindən 33 faiz kasıblaşdırılmışıq, bu fikir demaqogiyadır və heç bir iqtisadi əsası yoxdur.

Sadə vətəndaşın malik olduğu, məsələn, 100 manat pul hazırda öz dönərliyini saxlayıb, sadəcə, "itirdik" dediyimiz pul bizim 100 manatlıq əsginazı dollarda evdə saxladığımız halda bu gün 33 faiz qazana biləcəyimiz puldur. Yəni, sadə desək, heç nə itirməmişik, sadəcə, qazanmadığımız itkimizdir.

Qiymət artımı mütləq olacaq, lakin bu devalvasiyanın - yəni, 33,5 faizin üçdə birindən artıq olmayacaq. Bu düsturu biz kəşf etməmişik. Onu beynəlxalq universitetlərin iqtisadi əlifbasını oxuyanların kitablarında oxumaq mümkündür...

Manat son devalvasiyadan sonra da dünyanın ən güclü valyutası olan dollara bərabər dəyərə malikdir. Ona görə karikaturalar çəkib "Qafqaz əsiri" filmində Vitsini manat yerinə, Morqunovu avronun yerinə, Nikulini dolların yerinə qoymağa tələsməyin. Əksinə, belə bir karikatura çəkin: Manatın boyu uzun idi - 78 qəpiklik dollara və 89 qəpiklik avroya nisbətdə. İndi isə dollarala bərabər boya malikdir. Çəkdinizmi karikaturanı? Yəqin gördünüz ki, manat yenə də güclüdür.

Son iqtisadi-maliyyə tədbiri cəmiyyətdə xeyli narazılıq yaradıbsa, onların qarşısına çıxıb atılan addımın mahiyyətini izah etmək lazımdır və meydanı iqtisadi populistlərə vermək olmaz".

Tarix
2015.02.25 / 08:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla