Yuxarı

Mərkəzi Bankın ikivalyutalı sistemə keçməsinin - Sirri

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Azərbaycanda banklar manat qıtlığından əziyyət çəkir".

Bunu Axar.az-a Mərkəzi Bankın vətəndaşlarda olan manatı bazara çıxarmaq üçün ikivalyutalı səbət mexanizminə keçməsi barədə yayılan fikirləri şərh edərkən iqtisadçı ekspert Samir Əliyev deyib. O, bankların kredit vermək üçün manat tapmaqda çətinlik çəkdiklərini bildirib:

"Mərkəzi Bankın ikivalyutalı səbət mexanizminə keçməsində bazarda manat qıtlığının yaranmasının müəyyən payı var. Hazırda Azərbaycanda banklar manat qıtlığından əziyyət çəkir və kredit vermək üçün manat çox azdır. Təsadüfi deyil ki, banklar son dövrlərdə kreditləri dollarla verməyə başlayıblar. Lakin bu, əsas səbəb deyil. Mərkəzi Bankın yeni mexanizmə keçməsində əsas məqsəd devalvasiya, yəni manatın ucuzlaşdırılması məsələsidir. Çünki MB ya birbaşa kəskin, ya da yumşaq ucuzlaşmaya getməliydi. Prezidentin manatla bağlı çıxışı da belə bir qərarın veriləcəyini qətiləşdirdi. İkivalyutalı sistemə keçməkdə məqsəd manatı yumşaq ucuzlaşdırmaqdır".

İqtisadçı ekspert Natiq Cəfərli isə manatın qıtlığı ilə bağlı yayılan fikirlərin əsassız olduğunu bildirib:

"Manatın qıtlığı barədə yayılan fikirlərin heç bir əsası yoxdur. Çünki manatın çap səlahiyyətləri və bazarda tənzimlənməsi Mərkəzi Banka məxsusdur. Ölkədə depozitlərin 80 faizə yaxını (təqribən 5,1 milyard manat) banklara manatla qoyulub. Artıq əhali yastığının altında əvvəlki illərdə olduğu kimi manat saxlamır. Çünki bank sistemi müəyyən dərəcədə oturuşub. Buna görə də son illərdə əhali əlində olan manatı banklara qoyaraq faizlər alır. Mərkəzi Bankın nəzarət etdiyi bazarda manat qıtlığının yaranması mümkün deyil. Çünki manatla bağlı problem yaransaydı, müəyyən addımlar atılardı. Emissiyalar artırıla, yaxud manatla bağlı olan depozitlərdə müəyyən dərəcədə faiz artımı edib, daha çox manat cəlb edilərdi. Lakin manat qıtlığı ilə bağlı problem olmadığı üçün heç bir addım atılmadı. Ölkədə manat qıtlığının yaranması ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur".

Qeyd edək ki, Mərkəzi Bank fevralın 16-da məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi barədə qərar qəbul edib.

Tarix
2015.02.19 / 20:35
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla