Yuxarı

Türk hərbçiləri Rusiya ordusunu yoxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbi inspektorları Rusiyanın Rostov əyalətində hər hansı hərbi fəaliyyət qeydə almayıblar.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rıjkov çıxış edib.

O, Türkiyə hərbçilərinin yoxladığı ərazinin 16 min kvadrat kilometr olduğunu bildirib. Rıjkov yoxlamanı türkiyəli polkovnik Murad Dikkasın apardığını deyib.

Qeyd edək ki, Rostov əyalətində 18 min kvadrat kilometrlik digər bir ərazini isə Hollandiya hərbçiləri yoxlayır. Onların yoxlamaları fevralın 20-də başa çatmalıdır. Həmçinin bundan öncə Ukrayna hərbçiləri Rusiyanın Kursk və Belqorod əyalətlərində yoxlamalar aparmışdılar.

Onu da xatırladaq ki, Rostov əyalətindəki yoxlamalar 2011-ci ildə qəbul edilmiş Vyana sənədləri əsasında aparılıb. Bu sənədlərin əsas mahiyyəti ATƏT çərçivəsində gərginliyin azaldılması, etimadın gücləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsidir.

Tarix
2015.02.19 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla