Yuxarı

Nazirlik 6 balığı cərrahiyyə əməliyyatı etdirdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il cərrahi əməliyyat vasitəsilə 6 dişi nərə balığından kürü alınıb.

Axar.az xəbər verir ki, Xəzər dənizində nərəkimilərin ehtiyatlarının azalma və tükənmə ehtimalı olduğu üçün bir neçə ildir bu yolla balığın bu növü artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illərdə onların ehtiyatının azalması ilə əlaqədar təbii mühitdə nərə artımı baş vermir və bu proses çətinləşib. Bu tendensiya da bütün Xəzəryanı ölkələrdə müşahidə olunur.

Bununla əlaqədar olaraq Azərbaycanda hələ 2004-cü ildə, müasir Xıllı Nərə Balıqartırma Zavodunda nərə balıqlarının törədici sürüsünün formalaşdırılmasına başlanılıb. Hazırda bu zavodda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2013-cü ildə zavodda, Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilmiş iki ədəd ana balığı öldürmədən, cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib. 2014-cü ildə isə artıq 6 nərə dişisindən kürü alınıb.

Tarix
2015.02.19 / 19:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla