Yuxarı

Ticarət dövriyyəsi 23 faiz azaldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 23,05% azalaraq 1,852 mlrd. ABŞ dolları təşkil edib.

Report-un verdiyi xəbərə görə, bu müddətdə idxal 7,16% artaraq 574,2 mln. dollar, ixrac 31,7% azalaraq 1,278 mlrd. dollar olub.

Beləliklə, xarici ticarət dövriyyəsində 703,6 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar ayında ixrac 1,871 mlrd. dollar, idxal 535,1 mln. dollar olmaqla xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,336 mlrd. dollar olub. Bu da öz növbəsində cari ildə müsbət saldonun 47,32% azaldığını göstərir.

Məlumata əsasən, hesabat ayında 3 251 çeşiddə mal idxal, 516 çeşiddə mal ixrac olunub.

Tarix
2015.02.19 / 17:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla