Yuxarı

Bakıda şok fırıldaq: dələduz polisi belə aldatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini Bəhlul Xəlilov dostları olan Faiq və onun atası Böyükağa Şükürov vasitəsi ilə Azad Əliqulu oğlu Məmmədli adlı şəxsə 30 min manat pul verdiyini, ancaq aldadıldığını bildirir.

Axar.az-ın əməkdaşına açıqlama verən zərərçəkən Bəhlul Xəlilov bildirib ki, pulu verməkdə səbəb qohumunu işə düzəltmək olub. Ancaq Azad Məmmədli adlı şəxs yoxa çıxıb.

Bundan sonra zərərçəkən külli miqdarda pulu mənimsəyən tanışları Faiq və Böyükağa Şükürov haqqında müəyyən qurumlara müraciət etsə də, məsələyə aydınlıq gətirilməyib.

Dəfələrlə Respublika Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və s. çoxsaylı qurumlara müraciət də nəticəsiz qalıb. Çünki dələduz unikal fırıldaqdan istifadə edərək, polisi aldatmağı bacarıb.

"Bu şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Azad Məmmədlinin öldüyünü təsdiqləyən sənəd təqdim ediblər. Müstəntiq Tərlan Zeynalov da Azad müəllimin öldüyü haqqında rəsmi sənədi və onun adına hazırlanmış qəbrin fotolarını bizə göstərdi. Biz də inandıq. Bu yaxınlarda isə təsadüfən Azad Məmmədlinin sağ-salamat olduğunu, Yasamal rayonunda qeydiyyatdan çıxaraq, Sumqayıta qeydiyyata düşdüyünü və burada yaşadığını öyrəndim".

Zərərçəkən polisi belə heyrətamiz fırıldaqla aldadan dələduzlar barəsində tədbir görülməməsindən narahatdır.

Mövzunu diqqətdə saxlayacağıq.

Tarix
2015.02.19 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla