Yuxarı

Mübariz Qurbanlı: "Bəzi insanların təfəkküründə..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması üçün görülən işlər bundan sonra da davam etdiriləcək".

APA-nın xəbərinə görə, bunu Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri qarşısında çıxışında deyib. O bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Komitə sədri Azərbaycanda hər kəsin dini etiqadını ifadə etmək və yaymaq hüququnun, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində strateji əhəmiyyətli tədbirlərin həyata keçirildiyini söyləyib: "Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət dini himayə etməkdən imtina etməyib. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Azərbaycan iqtisadi inkişafı ilə yanaşı, dünyada həm də tolerantlıq modeli ilə tanınan bir ölkədir. Lakin hələ də bəzi insanların təfəkküründə yanlış dini stereotiplər var və bu, bir çox hallarda problemlər yaradır. Digər tərəfdən isə bu, bəzi dini icmaların, sektaların pozucu fəaliyyəti ilə bağlı olur. Bütün bunlar bəzən gənclər arasında çaşqınlığın yaranmasına gətirib çıxarır".

Tarix
2015.02.19 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla