Yuxarı

Balığa görə məsuliyyətə cəlb edildilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balıq ovuna görə son 10 il ərzində 1203 nəfər balıqçı məsuliyyətə cəlb edilib.

Axar.az xəbər verir ki, ölkədə 2004-2014-cü illər ərzində su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı ümumilikdə 1404 qanun pozuntusu aşkar edilib.

Həmin müddətdə qanun pozucularından 203 su nəqliyyat vasitəsi, 15057 ədəd müxtəlif adda ov aləti və 7150 ədəd müxtəlif növ qanunsuz ovlanmış balıq götürülüb. Cinayət xarakterli olduğuna görə balıqçılılarla bağlı 200 iş hüquq mühafizə orqanlarına göndərilib. 872 iş inzibati qaydada baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib və ya Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində baxılaraq müvafiq qərar qəbul edilib.

Qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilmiş qanun pozucuları barəsində balıq ehtiyatlarına vurduğu ziyana görə 418 666 manat məbləğində iddia qaldırılıb və onlara qarşı 157 763 manat məbləğində cərimə tətbiq edilib.

Tarix
2015.02.19 / 15:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla