Yuxarı

Baş nazir bombalatdırdığı ölkədə vəzifə aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler Serbiyanın Baş naziri Aleksandr Vuçiçin məsləhətçisi olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Qardian" qəzeti yayıb.

Qəzet hazırda Blerin konsaltinq şirkətini Birləşmiş Ərəb Əmirliklərinin maliyyələşdirdiyini bildirib. Məhz ərəblər tərəfindən maliyyələşən bu şirkətin Belqrada məsləhətlər verdiyi deyilir. "Qardian"ın Serbiyadakı mənbələri də keçmiş baş nazirin ölkəyə tez-tez gəldiyini söyləyiblər.

Qeyd edək ki, Toni Bler 1997-2007-ci illərdə Böyük Britaniyanın baş naziri olub. Sonradan özünün də dediyi kimi, məhz o, 1999-cu ildə NATO-nun keçmiş Yuqoslaviyaya hərbi müdaxiləsində mühüm rol oynayıb. Keçmiş baş nazir həmçinin Qərbin İraq və Əfqanıstandakı əməliyyatlarının kəskin dəstəkçisi olub.

Onu da xatırladaq ki, Toni Bler 2011-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iqtisadi məsələlər üzrə məsləhətçisi olmuşdu.

Tarix
2015.02.19 / 15:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla