Yuxarı

Lebedev Azərbaycan xalqından üzr istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi (XİN) tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.

Bu barədə Report-a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Məktubda Artemiy Lebedev 2010-cu ilin iyul ayında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycanın aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, ölkənin ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.

Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.

Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Qeyd edək ki, A.Lebedev məşhur bloqqer və sayt tərtibatçısıdır.

Tarix
2015.02.19 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla