Ana səhifə Planet |
ABŞ Prezidenti Barak Obama bəzi terror təşkilatlarının özlərini "islami dövlət", "dinin müdafiəçisi" olaraq tanıtmasına işarə edərək maraqlı fikirlər səsləndirib.
Axar.az xəbər verir ki, Prezident Obama özlərini dini lider adlandıranlar haqqında da fikir bildirib:
"Onların ortaya atdığı terminləri əsla qəbul etməməliyik, çünki bunlar yalandır. Onlara istədiyi dini qanuniliyi verməməliyik. Onlar dini lider deyil, terroristdirlər. Biz də islamla mübarizə aparmırıq, islam dininin qaydalarını pozanlarla mübarizə aparırıq".
"Özlərini dini lider, islamın müqəddəs müdafiəçiləri olaraq göstərməyə çalışırlar. Buna görə özlərini "islami dövlət" elan edirlər və Amerika, ümumilikdə Qərbin islam ilə mübarizə apardığını təbliğ edirlər. Bununla özlərinə tərəfdaş yığırlar. Gəncləri radikallaşdırmağa çalışırlar".
"Terrorizmə görə heç kim məsuliyyət daşımır"
Obama sözlərinə belə davam edib: "Terroristlər təbii ki, onların ideologiyalarını rədd edən bir milyard müsəlmanın adından danışa bilməzlər. Terrorizmə görə heç bir din məsuliyyət daşıya bilməz, terrorizmə və şiddətə görə insanlar günahkardır".
Tarix
2015.02.19 / 14:21
|
Müəllif
Nilufər Muğantürk
|